Vəzifə Öhdəlikləri:
- Filiallarda yerləşən dəzgahdar aparatlarının kofe maşınları,friyator,dönər aparatları,ət çəkən maşınları,soba,soyuducu və havalandırma,kondisioner,istilik sistemlərinin gündəlik və periodik işini nəzarətdə saxlamaq
- Hər hansı nasazlıq halında dərhal texniki xidmətin təşkilini həyata keçirmək
- Filiallardan daxil olan texniki şikayət və problemlərə dərhal operativ həll yolları tapmaq
- Dövri texniki baxım planlarını hazırlamaq və onların icrasına nəzarət etmək
- Texniki servis şirkətləti ilə əlaqə saxlayaraq təmir prosseslərini koordinasiya etmək
- Texniki işlər üçün lazım olan ehtiyat hissələrinin və materialların sifarişini və təhvil-təslimini təşkil etmək
- Müvafiq texniki standartlara və gigiyena tələblərinə uyğunluğu nəzarətdə saxlamaq
- Filiallarda avadanlıq ehtiyaclarını müəyyənləşdirmək və aidiyyatı üzrə icra etmək
- Texniki problemlər,görülən işlər və xərclər barədə gündəlik\aylıq hesabatların hazırlanması
- Yeni açılacaq olan filialların bütün avadanlıq seçimini və işləmə gücünü nəzərə alaraq Satınalma Departamentinə müvafiq dəstək olmaq
- Avadanlıqların kalibrasiya baxımı üzrə plan cədvəlinin hazırlanması
- Avadanlıqların təmiri üzrə ehtiyyat hissələrinin planlı sifarişi və ustaların işinə nəzarət
Namizədə tələblər:
- Restoran və Otellərdə texniki sahədə minimum 3 il mühəndis iş təcrübəsi mütləqdir
- Müvafiq texniki təhsil (arzuolunandır)
- AudoCAD bilikləri
- Texniki avadanlıqlar və infrastrukturla işləmə bacarığı
- Problemi analiz etmə və operativ həll etmə qabiliyyəti
İş şəraiti:
- İş qrafiki- 6 günlük
- Həftədə bir gün istirahət
- Nahar verilir
- Əmək haqqı-müsahibə əsasında təcrübəyə əsasən təyin olunacaq
Uyğun namizədlər “Texniki Şöbə Koordinatoru” başlığı ilə Cv-ni Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərsinlər.