Şirkətimizə aşağıdakı tələblərə cavab verən, məsuliyyətli və təcrübəli mühasib axtarılır.
Vəzifə Öhdəlikləri:
- Debitor və kreditorlarla hesablaşmaların dəqiq aparılması və nəzarətdə saxlanılması
- Mal qalığının uçotunun və mütəmadi izlənməsinin təmin edilməsi
- Debitor borcların yığımı prosesində aktiv iştirak
- Inventarizasiyanın təşkili və idarə olunması
- Büdcə planlaması, xərclərin təhlili və proqnozlaşdırılması
- Daxili auditlərin təşkili və maliyyə axınlarının analizi
- Mühasibatlıq sənədlərinin (qaimə, müqavilə, hesab-faktura və s.) tərtib edilməsi
- Rəhbərliyə mütəmadi maliyyə və analitik hesabatların təqdim olunması
Namizəddən Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil (arzulanandır)
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Debitor-kreditor və mal qalığı uçotuna dair praktik biliklər
- Microsoft Excel və digər ofis proqramlarında işləmə bacarığı
- Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik
- Operativ işləmə və komanda daxilində effektiv ünsiyyət qurma bacarığı
Üstünlük sayılır:
- Müvafiq proqram təminatlarında (1C, Logo, və s.) iş təcrübəsi
- Proseslərin təkmilləşdirilməsinə yönəlik təşəbbüskarlıq
İş Qrafiki və Şərait:
- İş saatları: 10:00 – 20:00
- Həftədə 1 istirahət günü
- İş yeri: 28 May metrosunun yaxınlığı, 28 Mall ilə üzbəüz
Əmək Haqqı:
- Namizədin bilik və bacarığından asılı olaraq 600 – 800 AZN aralığında müəyyən olunacaq
Müraciət üçün: CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.