Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti:
- Çəkiliş əsaslı və ya qrafikə uyğun iş rejimi
- Ünvan: İnşaatçılar metrostansiyasının yanı
Əsas Vəzifələr:
- Geyim və aksesuarların foto və video çəkilişlərdə təqdim edilməsi
- Sosial media platformaları üçün video kontentlərdə (reklam, reels, təqdimat videoları və s.) iştirak
- Kamera qarşısında məhsullar haqqında səlis və təsirli şəkildə danışmaq
- Verilmiş ssenari və ya brifə uyğun çıxış etmək
- Brendin vizual standartlarına uyğun olaraq obraz yaratmaq və qorumaq
- Çəkiliş komandası (fotoqraf, videoqraf, stilist və s.) ilə koordinasiyalı işləmək
- Çəkilişlərə vaxtında və hazırlıqlı şəkildə qatılmaq
- Öz görünüşünü və təqdimat keyfiyyətini yüksək səviyyədə qorumaq
Namizədə tələblər:
- XANIM namizədlər
- Minimum boy: 170 sm
- Kamera qarşısında sərbəst davranış və özünüifadə bacarığı
- Güclü nitq və təqdimat bacarıqları
- Yaxşı diksiya və səlis danışıq
- Enerjili, özünə güvənən və məsuliyyətli olmaq
- Moda və trendlərə maraq
- Komanda ilə işləmə bacarığı
- Əvvəlki model və ya çəkiliş təcrübəsi üstünlükdür
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Xanım model” qeyd etməklə, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.