“Brend House” MMC- Mağazalar şəbəkəsi “Vizual merçendayzer” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
- 6 günlük iş qrafiki
- Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə aparılır
- Ünvan: Lökbatan, İnşaatçılar, Sabunçu, Binəqədi, Göyçay, Xaçmaz rayon ərazilərində yerləşən mağazalarımız
Əsas Vəzifələr:
- Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onları nəzarətdə saxlamaq
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları tam və vaxtında icra etmək
- Gündəlik fəaliyyət hesabatlarını rəhbərliyə təqdim etmək
- Məhsulları müştərinin diqqətini çəkən və satışı təşviq edən şəkildə nümayiş etdirən displeylərin dizaynı və icrasına cavabdehdirlər.
- Mağazada deponu məhsul çeşidlərinin kifayətliliyi ilə bağlı mütəmadi yoxlamaq;
- Şirkətin məhsul çeşidləri haqqında məlumatlı olmaq və onları düzgün təbliğ etmək
- Rəflərdə mümkün çeşiddə məhsulların olmasına nəzarət etmək, qalığı yoxlamaq ve lazım gəldikdə sifariş vermək;
- Məhsulların yerləşdirilməsinin və yenilənməsinin vaxtında olması üçün cavabdehlik daşımaq;
- Ona həvalə edilmiş bütün satış məntəqəsi üzrə müəyyən edilmiş qaydada qeydləri vaxtlı-vaxtında aparmaq.
Namizədə tələblər:
- Merçendayzer vəzifəsi üzrə iş təcrübəsi arzu olunandır
- Müştərilərlə ünsiyyət bacarığı
- Yüksək məsuliyyət və intizamlılıq
- Stressli vəziyyətlərdə sakit qalmaq bacarığı
- Komandada işləmək bacarığı
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Vizual merçendayzer” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.