Vəzifə öhdəlikləri:
- Biznes tələblərini toplamaq, analiz etmək və sənədləşdirmək (BRD, User Stories, Use Cases)
- Marketplace platformasının əsas proseslərini analiz edib optimallaşdırmaq (satıcı onboarding, məhsul kataloqunun idarə edilməsi, sifariş axını, ödəniş və çatdırılma prosesləri)
- Product Manager, Development və Design komandaları arasında koordinasiya və kommunikasiya rolunu oynamaq
- Yeni funksionallıqlar üçün functional specification və acceptance criteria hazırlamaq
- UAT (User Acceptance Testing) proseslərini planlamaq və koordinasiya etmək
- Platformanın performansını ölçmək üçün KPI və məhsul metriklərini izləmək və hesabatlar hazırlamaq
- Marketplace əməliyyatlarını yaxşılaşdırmaq üçün data əsaslı təkliflər vermək
- Jira və digər alətlərdə backlog idarəetməsinə dəstək vermək
Tələblər:
- Minimum 3 il Business Analyst təcrübəsi (e-commerce və ya marketplace sahəsində üstünlük)
- User Story, Use Case, BPMN və process flow hazırlamaq bacarığı
- Jira, Confluence və ya analoji alətlərlə işləmək təcrübəsi
- Analitik düşüncə və problemləri strukturlaşdırılmış şəkildə həll etmə bacarığı
- Güclü kommunikasiya və stakeholder management bacarıqları
- Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili üstünlükdür)
Ümumi Məlumatlar:
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
- İş rejimi: 5 gün / 10:00 – 19:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.