İş barədə məlumat:
- Ünvan: Baş ofis, Bridge Plaza, Bakı
- İş saatları: 09:00 – 18:00
- İş qrafiki: 5/2
Əsas tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- 1C:Enterprise (8.3 versiyası) proqramı ilə minimum 1 il iş təcrübəsi;
- MS Office-də işləmə bacarığı;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
- Məsuliyyətli, diqqətli və dəqiq işləmək bacarığı.
Vəzifə öhdəliyi:
- Gündəlik alış-satış və anbar əməliyyatlarının 1C sistemində işlənməsi;
- Anbar qalığının yoxlanılması və nəzarətdə saxlanılması;
- Bütün bank əməliyyatlarının və əmək haqqı hesablamalarının 1C sistemində işlənməsi;
- Mühasibat, təchizat və satış komandası ilə koordinasiyalı işləmək;
- Debitor və kreditorlarla bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Tələblərə cavab verən bütün namizədlərdən müraciət formalarını/CV-lərini email-in mövzu hissəsində “1C operator” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan e-poçt ünvanına göndərmələri xahiş olunur.