İstehsalat meneceri (Production Manager)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İstehsalat meneceri (Production Manager)

  • Истекает 16 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İş yeri: Lökbatan, Bakı
  • Məşğulluq: Tam ştat
  • İş qrafiki: 6/1, 09:00–17:00
  • Əməkhaqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən razılaşdırılır.

Vəzifə haqqında

  • BRPG MMC metal emalı və metal konstruksiyaların istehsalı sahəsinə rəhbərlik edəcək təcrübəli İstehsalat meneceri (Production Manager) axtarır.
  • Müəssisənin istehsalat sahəsi metalın səthinin təmizlənməsi, lazer kəsimi, əyilməsi, qaynaqlanması, metal konstruksiyaların hazırlanması və digər metal emalı proseslərini əhatə edir.
  • İstehsalat meneceri sifarişlərin qəbulundan hazır məhsulun təhvil verilməsinə, o cümlədən metal konstruksiyaların sifarişçi obyektlərində montajına qədər bütün istehsalat proseslərinin planlaşdırılmasına, təşkilinə və idarə edilməsinə cavabdeh olacaq.

Əsas vəzifə öhdəlikləri

İstehsalatın planlaşdırılması və idarə edilməsi

  • İstehsalat sahəsinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
  • Sifarişlər üzrə istehsalat planlarının və icra qrafiklərinin hazırlanması;
  • Sifarişlərin istehsalat sahələri və avadanlıqlar arasında optimal bölüşdürülməsi;
  • Metal konstruksiyaların və müxtəlif metal elementlərin texniki cizgilərə uyğun hazırlanmasının təşkili;
  • İstehsalat proseslərinin müəyyən edilmiş müddətlərdə və keyfiyyət tələblərinə uyğun tamamlanmasının təmin edilməsi.

Avadanlıqların və resursların idarə edilməsi

  • Lazer kəsim, abkant, metal səthinin təmizlənməsi, qaynaq və digər istehsalat avadanlıqlarının səmərəli istifadəsinin təşkili;
  • Avadanlıqların istehsalat gücünün və yüklənməsinin optimallaşdırılması;
  • Avadanlıqların texniki xidmətinin və saz vəziyyətdə saxlanılmasının təşkili;
  • Xammal və material sərfiyyatına nəzarət, istehsalat tullantılarının minimuma endirilməsi;

Metal konstruksiyaların montajının təşkili

  • Hazırlanmış metal konstruksiyaların sifarişçi obyektlərində montaj işlərinin planlaşdırılması və təşkili;
  • Montaj briqadalarının fəaliyyətinin koordinasiyası;
  • Montaj işləri üçün tələb olunan texnika, avadanlıq və işçi qüvvəsinin planlaşdırılması;
  • Montaj işlərinin layihəyə, texniki tələblərə və müəyyən edilmiş qrafikə uyğun icrasına nəzarət.

İşçi heyətinin və keyfiyyətin idarə edilməsi

  • İstehsalat operatorlarının, qaynaqçıların,və montaj briqadalarının işinin təşkili;
  • İşçilər arasında vəzifə bölgüsünün aparılması və tapşırıqların icrasına nəzarət;
  • İstehsalatın bütün mərhələlərində keyfiyyətə nəzarətin təmin edilməsi;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
  • İstehsalatın gündəlik və həftəlik göstəriciləri üzrə rəhbərliyə hesabatların təqdim edilməsi.

Namizədə tələblər

  • Ali texniki təhsil (mexanika, maşınqayırma, inşaat mühəndisliyi və ya əlaqəli ixtisaslar);
  • Metal emalı və ya metal konstruksiyaların istehsalı sahəsində minimum 5 il iş təcrübəsi;
  • İstehsalat sahəsində rəhbər vəzifədə minimum 3 il idarəetmə təcrübəsi;
  • Metal konstruksiyaların hazırlanması, qaynaq, kəsim, əymə və quraşdırma texnologiyaları üzrə biliklər;
  • Lazer kəsim, abkant və digər CNC avadanlıqlarının iş prinsiplərini bilmək;
  • Texniki cizgilərin və istehsalat sənədlərini sərbəst oxumaq bacarığı;
  • Metal konstruksiyaların istehsalı və montajı üzrə praktiki təcrübə;
  • İstehsalat proseslərinin planlaşdırılması və işçi heyətinin idarə edilməsi bacarığı;
  • MS Excel və AutoCAD proqramları ilə işləmək bacarığı;
  • İstehsalatda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək;
  • Təşkilatçılıq, məsuliyyətlilik və operativ qərarvermə bacarığı.

Biz təklif edirik

  • Rəqabətqabiliyyətli əməkhaqqı;
  • Rəsmi əmək müqaviləsi;
  • Müasir istehsalat avadanlıqları ilə işləmək imkanı;
  • İstehsalat proseslərinin inkişafında və təkmilləşdirilməsində iştirak;
  • Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf imkanları.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Production Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər görüşə dəvət ediləcək. 

  • Daily5
  • Weekly574
  • Monthly1422