Tikinti və metal konstruksiya sahəsində fəaliyyət göstərən komandamız üçün təcrübəli və məsuliyyətli metal konstruksiya işləri üzrə sahə rəhbəri axtarılır.
Vəzifə öhdəlikləri
- Obyektdə gündəlik iş prosesinin təşkili və idarə olunması
- Usta və işçi heyətinin koordinasiyası
- Görülən işlərin keyfiyyətinə nəzarət
- Metal konstruksiya, qaynaq və montaj işlərinin düzgün icrasının təmin edilməsi
- İş bölgüsünün aparılması və iş qrafikinə nəzarət
- Material istifadəsi və iş intizamının izlənilməsi
- Layihə və texniki tələblərə uyğun işin təşkili
- İşlərin vaxtında təhvil verilməsinin təmin olunması
- Təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
Tələblər
- Tikinti və metal konstruksiya sahəsində iş təcrübəsi
- Komanda idarəetmə bacarığı
- Qaynaq və montaj işləri üzrə texniki anlayış
- Çertyoj və layihələrlə işləmə bacarığı üstünlükdür
- Operativ və məsuliyyətli olmaq
- Komanda ilə işləmə və idarəetmə bacarığı
- İşə ciddi və peşəkar yanaşma
Təklif olunur
- Stabil və uzunmüddətli iş imkanı
- Təcrübəyə uyğun əməkhaqqı
- Nahar ilə təmin olunma
- Peşəkar və təhlükəsiz iş mühiti
- Davamlı layihələrdə çalışma imkanı
- Karyera və inkişaf perspektivi
- Könüllü tibbi sığorta
- Daxili sosial paket
İş yeri: Binəqədi
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.