Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 9 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Daxili və xarici bank köçürmələrinin icra edilməsi, kredit müraciətləri üçün tələb olunan sənədlərin hazırlanması və kredit ödəniş cədvəllərinə (qalıq borc, faiz və s.) nəzarətin təmin edilməsi;
  • İşçilərin əmək haqlarının, məzuniyyət, ezamiyyə və digər sosial ödənişlərinin mövcud qanunvericiliyə uyğun hesablanması və uçotunun aparılması;
  • Əsas vəsaitlərin mədaxili, amortizasiyası və silinməsi ilə bağlı əməliyyatların icrası;
  • İcarə və digər xidmətlər üzrə elektron qaimə-fakturaların tərtib edilməsi, daxil olan qaimələrin yoxlanılması və mühasibat sisteminə daxil edilməsi;
  • İcarə və xidmət müqavilələri üzrə Ödəniş Mənbəyindən Verginin (ÖMV) düzgün hesablanması və uçotunun aparılması;
  • Bank sənədlərinin, kredit hesablarının və digər maliyyə əməliyyatlarının mühasibat proqramındakı qalıqlarla mütəmadi üzləşdirilməsi;
  • Mühasibat uçotu üzrə ilkin sənədlərin toplanması, rəsmiləşdirilməsi və qanunvericiliyə uyğun saxlanılması.

Namizədə tələblər:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Vergi, əmək və mühasibat uçotu qanunvericiliyinin bilikləri;
  • Mühasibat proqramları (1C) ilə işləmək bacarığı;
  • Analitik düşüncə, diqqətlilik və yüksək məsuliyyət hissi.

İş şəraiti:

  • İş qrafiki: Tam ştat
  • İş yeri : Bakı şəh, 8 noyabr prospekti, 
  • 5 günlük iş qrafiki: 
  • 09.00-18.00 
  • Əmək haqqı: 800 – 1200 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq)

Müraciət qaydası:

Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət Et düyməsində göstərilən mail ünvanına təqdim etmələri xahiş olunur.

  • Daily97
  • Weekly217
  • Monthly904