Aparıcı mühasib vəzifəsi üzrə elan
- Şirkət: Business Accounting
- Ərazi: Bakı, Nərimanov rayonu
- Maaş: 1500 — 1800 ₼
- Staj: 3-5 il
- Yaş: 25 — 40 yaş
- Təhsil: Ali təhsil (bakalavr)
- İş rejimi: 5 günlük iş qrafiki
İş barədə məlumat:
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Pul vəsaitlərənin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi.
- Kassa əməliyyatlarının yerinə yetirilməsi.
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
- Bank hesabları üzrə ödənişlərin (yerli və xarici) həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- E-taxes.gov.az , E-customs.gov.az portallarından istifadə etmə bacarığı;
- Elektron qaimə, faktura, hesab fakturalarının işlənməsi;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Hesabatların təqdim edilməsi (ƏDV, ÖMV, Əmlak, Statistika, Vahid Bəyannamə)
- Müəssisənin maliyyə fəaliyyətinin 1C proqramına işlənilməsi.
Əsas tələblər:
- Ali təhsil (İqtisadiyyat, audit, maliyyə və ya mühasibatlıq üzrə).
- Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
- 1C 8.3 proqramını, Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək.
- Beynəlxalq sertifikatları (F3, F7), PMS sertifikatı olanlara üstünlük veriləcək.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- İKT sferasında təcrübəsi olanlara üstünlük veriləcəkdir.
İş şərtləri:
- İş qrafiki: Həftənin 5 günü (Həftə içi 09:00-dan 18:00 dək) istirahət günü: Şənbə, bazar.
- Əmək haqqı: 1500-1800 AZN
- Sınaq müddəti: 3 ay
- Cv formasında şəkil olması mütləqdir.
- Namizədin rus dili biliyi olması üstünlükdür
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə hissəsinə “Aparıcı mühasib” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.