İş barədə məlumat:
- Əmək qanunvericiliyinə və daxili qaydalara uyğun olaraq işə qəbul, xitam və vəzifə dəyişikliyi proseslərinin həyata keçirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması
- İşdən çıxan əməkdaşlarn əmək kitabçalarının yazılması və təhvil verilməsi
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər HR əməliyyatları ilə bağlı məlumatların toplanmasında və hazırlanmasında dəstək göstərmək
- HR hesabatlarının (işçi sayı, məzuniyyət qalığı) hazırlanmasında iştirak etmək;
- Kadr informasiya bazasının hazırlanması və dəyişikliklərin qeydiyyatının aparılması;
- Məzuniyyət cədvəlinin nəzarətdə saxlanılması, işçilərin məzuniyyətlərini istifadə etmələrinin təmin edilməsi;
- İnsan Resursları şöbəsinin gündəlik işlərinin icrasında iştirak edilməsi
Əsas tələblər:
- Staj: 1 il
- Yaş: 22 dən yuxarı
- Ali təhsil (bakalavr)
- Azərbaycan və rus dilində bilmək (ingilis dili üstünlükdür).
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyini bilmək
- ƏMAS, E-gov, İSB portallarından istifadə etmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək.
İş şərtləri:
- İş qrafiki: Həftənin 5 günü ( Həftə içi 09:00-dan 18:00 dək) istirahət günü:Şənbə, bazar.
- Əmək haqqı: 400-600 AZN
- Sınaq müddəti: 3 ay
- Ərazi - Bakı
Cv formasında şəkil olması mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə kiçik mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.