Araşdırma Statistikası və Analitika şöbəsinə menecer

  • Истекает 8 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Business Insight şirkəti Araşdırma Statistikası və Analitika şöbəsinə Menecer vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə dair tələblər

  • Cins: Fərq yoxdur
  • Yaş: 22- 40 
  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Tətbiqi Riyaziyyat, Statistika və ya digər müvafiq ixtisas üzrə);
  • İş təcrübəsi: Sahə üzrə 1–3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir
  • SPSS proqramı üzrə biliklərə üstünlük verilir (analitik funksiyalarla işləmək bacarığı)
  • MS Excel proqramı üzrə yüksək səviyyədə bilik
  • Məntiqi və analitik düşünmə qabiliyyəti
  • Tapşırıqlara adaptasiya olmaq və sərbəst araşdırma aparmaq bacarığı

Vəzifə öhdəlikləri

  • Həyata keçirilmiş araşdırma layihələrinin analizlərinin hazırlanması;
  • Hesabatların hazırlanması prosesində Layihə Menecerinə zəruri dəstəyin göstərilməsi;
  • Məlumatların daxil edilməsi üçün SPSS platformasının qurulması və idarə edilməsi;
  • İş prosesində yaranan çətinliklər zamanı Layihə Meneceri ilə müzakirələrin aparılması;
  • SPSS proqramı üzrə bilik və bacarıqların davamlı olaraq təkmilləşdirilməsi;
  • Əldə olunan yeni bilik və bacarıqların təlim və təqdimat formatında digər əməkdaşlarla paylaşılması.

  İş şəraiti

  • Öyrədici və inkişafyönümlü iş mühiti;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: həftədə 6 gün;
  • Əmək haqqı namizədin işləmək istəyi, bacarıqları və vəzifə tələblərinə uyğunluğu, o cümlədən test mərhələsinin nəticələri əsasında müəyyən ediləcək.

Göstərilən tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: E-poçtun mövzu hissəsində müraciət edilən vəzifənin adı “Araşdırma Statistikası və Analitika Şöbəsi üzrə Menecer” kimi qeyd olunmalıdır.

  • Daily0
  • Weekly0
  • Monthly687