Çağrı Mərkəzinin Meneceri

  • Deadline 4 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Xanım namizədlərə üstünlük veriləcəkdir
  • Ali təhsil;
  • Menecer vəzifəsində minimum 2 il iş təcrübəsinin olması;
  • Microsoft Office və Google Sheet bilikləri;
  • Yaxşı səviyyəsində kompüter bilikləri;
  • Yüksək səviyyədə kommunikasiya və danışıq qabiliyyəti;
  • Yüksək səviyyədə, planlama, liderlik və  idarəetmə qabiliyyəti;
  • Analitik düşüncə və təşəbbüskarlıq;
  • Problem həlletmə qabiliyyətinin yüksək olması. 

Vəzifə öhdəlikləri:

  • Çağrı mərkəzinin gündəlik fəaliyyətinə nəzarət etmək, komandaya rəhbərlik etmək;
  • Operatorların iş cədvəllərini, iş yükünü və performansını planlaşdırmaq, eləcə də optimallaşdırmaq;
  • Loyallıq proqramı üzvləri ilə məlumat mübadiləsi, düzgün kommunikasiya və  layihə planına uyğun işin təşkili;
  • Çağrı mərkəzinin fəaliyyətini optimallaşdırmaq üçün zənglərin idarə olunması prosedurları, iş axınının idarə olunması və resursların bölüşdürülməsi daxil olmaqla planlar hazırlamaq və tətbiq etmək;
  • Müştəri sorğularının, şikayətlərinin və təkliflərinin vaxtında və keyfiyyətlə cavablandırılmasını təmin etmək;
  • SOP-ların (Standard Operating Procedures) yerinə yetirilməsini təmin etmək və onları təkmilləşdirmək;
  • Geri zənglər, SMS və effektiv kommunikasiyanın təşkili, eləcə də effektiv icrasına nəzarət etmək.
  • KSM layihələr və marketinq kampaniyaları zamanı  məlumat mübadiləsinin planlaması və təşkili.
  • Loyallıq proqramı üzvlərindən daxil olan şikayət və iradların həll olunması.
  • Komandada işləmək və əməkdaşlarla effektiv əlaqə qurmaq bacarığı.
  • Dinamik və sürətli iş mühitində işləmək bacarığı.
  • Təkmilləşmə imkanlarını və narahatlıq doğuran sahələri müəyyən etmək üçün çağrı mərkəzi məlumatlarını izləmək və təhlil etmək.
  • Rəhbərliyə gündəlik və həftəlik hesabatların təqdim olunması.

İş şəraiti:

  • Öyrədici və inkişafameyilli iş mühiti.
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
  • İş vaxtı həftədə 6 gün;
  • Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsi, bilik və bacarıqları əsasında təyin olunur.

Maraqlı olan namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına “Çağrı Mərkəzi Meneceri” başlığı altında göndərə bilərlər. 

  • Daily7
  • Weekly670
  • Monthly550