Tələblərimiz:
- Kişi və ya xanım namizədlər;
- Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznes İdarəçiliyi);
- Yaş həddi: 22-35;
- Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır;
- Marketinq meneceri və ya marketinq mütəxəssisi kimi 2+ illik təcrübə
- Marketinq strategiyaları və büdcələri formalaşdırmaq və icra etmək bacarığı;
- Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı;
- Rəqəmsal marketinq, mobil tətbiqlər və loyallıq istiqamətləri üzrə biliklərin olması arzuolunandır;
- Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş öhdəlikləri:
- İllik marketinq planının hazırlanması və ona uyğun işlərinin həyata keçirilməsi;
- Sadiqlik(loyallıq) proqramı çərçivəsində müştərilərin saxlanmasına təşviq edən müxtəlif proqramlar, kampaniyaların həyata keçirilməsi və marketinq strategiyasının, yol xəritəsinin hazırlanması;
- Məqsədyönlü fəaliyyətləri inkişaf etdirmək üçün verilənlər bazasını araşdırmaq və təhlilini həyata keçirilməsi;
- Təhlil və nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari layihələrdə tətbiq edilməsi;
- Effektiv kampaniya strategiyalarını formalaşdırmaq üçün cari layihələrin hədəf kütləsini araşdıraraq, keçirilən kampaniyaların nəticələrini izləmək və qiymətləndirmək;
- Sadiqlik proqramları üzrə rəqabətliliyin ölçülməsi;
- Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya fokuslanmış Marketinq təkliflərinin hazırlanması;
- Analizə əsasən optimizasiyaların aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Rəqəmsal marketinqdə trendlərin, yeniliklərin izlənilməsi və tətbiq edilməsi.
İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti;
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
- İş vaxtı həftədə 6 gün;
- Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlı olan namizədlər öz CV-lərini elektron poçt ünvanına “Marketing Manager” başlığı altında göndərə bilərlər.