“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Marketing Manager” vəzifəsi üzrə aktiv vakansiya var.
Tələblərimiz:
- Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznesin İdarəedilməsi ixtisasları üzrə);
- Yaş həddi: 22–35;
- Rus və İngilis dili bilikləri (ən azı orta səviyyədə olması arzuolunandır);
- Marketinq meneceri və ya marketinq mütəxəssisi kimi minimum 2 il iş təcrübəsi;
- Marketinq strategiyalarının hazırlanması və büdcənin formalaşdırılması və icrası bacarığı;
- Yaradıcı düşünmə və innovativ yanaşma ilə ideyalar irəli sürmək bacarığı;
- Rəqəmsal marketinq, mobil tətbiqlər və loyallıq proqramları üzrə biliklər (üstünlükdür);
- Analitik düşüncə qabiliyyəti, araşdırma aparmaq bacarığı;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Məsuliyyətli, dəqiq, etibarlı və nəticəyönümlü olmaq.
İş öhdəlikləri:
- İllik marketinq planının hazırlanması və ona uyğun işlərinin həyata keçirilməsi;
- Sadiqlik(loyallıq) proqramı çərçivəsində müştərilərin saxlanmasına təşviq edən müxtəlif proqramlar, kampaniyaların həyata keçirilməsi və marketinq strategiyasının, yol xəritəsinin hazırlanması;
- Məqsədyönlü fəaliyyətləri inkişaf etdirmək üçün verilənlər bazasını araşdırmaq və təhlilini həyata keçirilməsi;
- Təhlil və nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari layihələrdə tətbiq edilməsi;
- Effektiv kampaniya strategiyalarını formalaşdırmaq üçün cari layihələrin hədəf kütləsini araşdıraraq, keçirilən kampaniyaların nəticələrini izləmək və qiymətləndirmək;
- Sadiqlik proqramları üzrə rəqabətliliyin ölçülməsi;
- Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya fokuslanmış Marketinq təkliflərinin hazırlanması;
- Analizə əsasən optimizasiyaların aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Rəqəmsal marketinqdə trendlərin, yeniliklərin izlənilməsi və tətbiq edilməsi.
İş şəraiti:
- Öyrədici və inkişafyönümlü iş mühiti;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi sənədləşmə;
- İş qrafiki: həftədə 6 gün;
- İş saatları:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Şənbə: 10:00 – 17:00
- Əmək haqqı namizədin bilik və bacarıqlarına, iş təcrübəsinə və tələblərə uyğunluğuna əsasən müəyyən edilir.
Müraciət qaydası:
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Marketing Manager” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.