“Business Insight” şirkətinin Müştəri Loyallığı Departamentində “Satışa dəstək və marketinq üzrə menecer” vəzifəsi üzrə aktiv vakansiya var.
Tələblərimiz:
- Kişi namizədlər;
- Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznes İdarəçiliyi);
- Yaş həddi: 22-35;
- Tikinti sektorunda minimum 3 il müvafiq təcrübə;
- Tikinti materialları və sənaye üzrə güclü biliklər;
- Kompyuterdən istifadə bacarığı (MS Office (Word, Excel);
- Şəxsi avtomobilinin olması üstünlükdür;
- Azərbaycan dilində səlis danışıq;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
İş öhdəlikləri:
Marketinq kampaniyalarının dəstəklənməsi:
- Proqram iştirakçılarının cəlb olunmasına və saxlanılmasına yönəlmiş marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsinə dəstəyin göstərilməsi.
- İdeyaların generasiyası və tətbiq olunması.
Məlumatların təhlili:
- Marketinq aksiyalarının və kampaniyalarının nəticələri haqqında məlumatların toplanması, işlənməsi və təhlili.
- Hesabatların hazırlanması və gələcək təkmilləşdirmələr üçün təkliflərin verilməsi.
Məlumat bazasının seqmentləşdirilməsi:
- Fərdiləşdirilmiş təkliflərin yaradılması üçün müştəri məlumat bazası ilə iş və onun seqmentləşdirilməsi.
Monitorinq və qiymətləndirmə:
- Marketinq fəaliyyətlərinin effektivliyinin izlənməsi və mütəmadi olaraq menecerə hesabatların təqdim edilməsi.
Tərəfdaşlarla qarşılıqlı əlaqə:
- Sadiqlik proqramı çərçivəsində işlərin koordinasiyası üçün tərəfdaşlar və digər şöbələrlə iş.
- Satışları stimullaşdıran birgə aksiyalar və təkliflərin yaradılması üçün sadiqlik proqramı tərəfdaşları ilə qarşılıqlı əlaqə.
Kampaniya və təkliflərin hazırlanması:
- Sadiqlik proqramı çərçivəsində satışların artırılmasına, satışa dəstək və müştərilərin saxlanılmasına yönəlmiş aksiyaların yaradılması və həyata keçirilməsi.
- Satışa dəstək üzrə fəaliyyət planının hazırlanması.
Kampaniyaların monitorinqi:
- Mövcud aksiyaların və təkliflərin effektivliyinin izlənməsi və təhlili, onların satışa və müştəri fəallığına təsirinin qiymətləndirilməsi.
Bazarın təhlili:
- Rəqabət təkliflərinin və bazar vəziyyətinin araşdırılması, proqram üzvləri üçün üçün cəlbedici, satışı stimullaşdıran layihə təkliflərin hazırlanması.
Marketinq və Rəqəmsal Loyallıq şöbəsi ilə qarşılıqlı əlaqə:
- Müvafiq şöbələrə aksiyaların və təkliflərin effektiv təşviqi üçün lazım olan bütün məlumat, planlama və materiallarla təmin edilməsi.
Analitika və hesabatlılıq:
- Aksiyaların nəticələrinə dair hesabatların hazırlanması, analitik məlumatların təqdim edilməsi və onların optimallaşdırılması üçün təkliflərin verilməsi.
İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti;
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
- İş vaxtı həftədə 6 gün;
- Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Satışa dəstək və marketinq üzrə menecer“ başlığı altında göndərə bilərlər.