Aparıcı mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı mühasib

  • Deadline 7 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Öhdəliklər:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.
  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi(MDSS,ÖMV,ƏDV)
  • Statistika hesabatlarının hazırlanması və göndərilməsi

Tələblər:

  • İqtisadi və ya riyazi ali təhsil
  • 1-2 il iş təcrübəsi (Consulting firmasında olması üstünlükdür)
  • 1C (mühasibat) və ofis proqramlarından yaxşı səviyyədə istifadə bacarığı
  • E-qaimənin yazılması, yerli və xarici ödənişlər
  • Elektron sistemlərdən yaxşı istifadə bacarığı
  • Sadələşdirilmiş, ÖMV vahid bəyannamə və statistika hesabatlarının hazırlanması
  • Əmək haqqı hesablaması

Biz nə təklif edirik?

  • Mehriban, dinamik və daim köməyə hazır komanda
  • Layihədaxili təlimlər
  • Şəxsi və peşəkar inkişaf
  • Karyera imkanları
  • Əmək haqqı 600-800 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. 

Əlaqə nömrəsi: 070 493 32 03 

  • Daily0
  • Weekly404
  • Monthly788