Müştəri məmnuniyyətini gücləndirmək və xidmət keyfiyyətini artırmaq üçün komandamıza güclü CRM Menecer axtarırıq.
İşin Məsuliyyətləri
- CRM sisteminin gündəlik idarə edilməsi və təkmilləşdirilməsi
- Müştəri məlumat bazasının düzgün qurulması və yenilənməsi
- Satış və xidmət komandası ilə koordinasiya – leadlərin düzgün şəkildə yönləndirilməsi
- Müştəri davranışlarının analizi, hesabatların hazırlanması
- Müştəri məmnuniyyəti indikatorlarının izlənməsi və inkişaf planlarının hazırlanması
- Kampaniyaların CRM üzərindən planlanması və nəticələrinin ölçülməsi
- CRM sistemində avtomatlaşdırma (workflow) və inteqrasiya işlərinin təşkili
- Müştəri sorğularına operativ cavab və onların yönləndirilməsi
Tələblər
- CRM sistemləri ilə minimum 1–2 il iş təcrübəsi
- Konsalting, xidmət və ya satış sahəsində təcrübə üstünlükdür
- Excel və analitik hesabatlar hazırlama bacarığı
- Güclü ünsiyyət və koordinasiya qabiliyyəti
- Sistemli düşüncə, yüksək məsuliyyət və detallara diqqət
- Verilən tapşırıqları vaxtında və dəqiq icra etmək
Üstünlüklər
- Konsalting xidmətləri üzrə prosesləri anlamaq
- Zoho / Bitrix24 / HubSpot / Monday CRM-lərindən birində təcrübə
- Analitik düşüncə və data əsaslı qərarvermə bacarığı
- Müştəri yönümlü yanaşma
Biz nə təklif edirik?
- Peşəkar komanda ilə çalışma imkanı
- Karyera və inkişaf perspektivi
- Rəqabətədavamlı əmək haqqı
- İş mühitində dəstək və öyrənmə imkanları
- Sabit və sistemli fəaliyyət göstərən şirkətdə uzunmüddətli iş imkanı
Necə müraciət etməli?
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində “CRM Menecer“ qeyd etməklə göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.