Debitorlarla İş üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Debitorlarla İş üzrə Mütəxəssis

  • Deadline 16 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkətimizə debitorlarla işləmə sahəsində təcrübəsi olan, analitik düşüncə tərzinə malik məsuliyyətli və diqqətli əməkdaş tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Debitor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması
  • Müştərilərlə ödənişlər üzrə əlaqənin qurulması və mütəmadi üzləşmələrin aparılması
  • Debitor borcları ilə bağlı hesabatların hazırlanması
  • Daxili uçot sistemində məlumatların düzgün və vaxtında işlənməsi
  • Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi

Namizədə tələblər:

  • 1C proqramında işləmə bacarığı
  • MS Excel proqramını yaxşı səviyyədə bilmə (formullar, cədvəllərlə işləmə)
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti
  • Məsuliyyətli, diqqətli və operativ olmaq
  • Komanda ilə işləmə bacarığı

Qeyd: Vergi və mühasibatlıq sahəsində biliklərin olması vacib deyil.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 09:00-dan 18:00-dək; şənbə 09:00-dan 13:00-dək
  • Əmək haqqı-800-900 AZN (Müsabiqə əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Mühasib” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur. 

  • Daily8
  • Weekly132
  • Monthly1428