Business Service Centre LTD Business Service Centre LTD
  • 302

İnzibati və Korporativ Əlaqələr üzrə Referent

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnzibati və Korporativ Əlaqələr üzrə Referent

  • Deadline 28 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkətimizə İnzibati və Korporativ Əlaqələr üzrə Referent axtarılır.

Bu vəzifədə çalışan şəxs rəhbərliyə inzibati dəstək göstərəcək, dövlət qurumları ilə sənədləşmə və yazışmaları həyata keçirəcək, müştərilərlə kommunikasiya proseslərini koordinasiya edəcək.

Əsas vəzifələr:

  • Dövlət qurumlarına təqdim ediləcək ərizə, məktub, müraciət və digər sənədlərin hazırlanması;
  • Dövlət qurumları ilə yazışmaların aparılması və müraciətlərin icra vəziyyətinin izlənilməsi;
  • Müxtəlif sənədlərin hazırlanması, göndərilməsi,imzalanması,  qeydiyyatı və arxivləşdirilməsi;
  • Müştərilərlə yazışmaların aparılması və müvafiq sənədləşmənin təşkil edilməsi;
  • E-mail yazışmalarının hazırlanması və cavablandırılması;
  • Rəhbərliyin görüşlərinin, iclaslarının və görüşlər üzrə digər təşkilati məsələlərin koordinasiyası;
  • Görüşlərin planlaşdırılması və iştirakçıların məlumatlandırılması;
  • Daxil olan müraciətlərin aidiyyəti şəxslərə yönləndirilməsi və icrasının təqib edilməsi;
  • Rəhbərliyin gündəlik inzibati tapşırıqlarının icrasının təmin edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil – Türkiyə universitetlərindən məzun olmaq mütləqdir;
  • Türk dilini yüksək səviyyədə bilmək mütləqdir (şifahi və yazılı);
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • İngilis və rus dillərini bilmək arzuolunandır;
  • Rəsmi və işgüzar yazışmalar hazırlamaq bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Word, Excel və Outlook-da işləmək bacarığı;
  • Yüksək təşkilatçılıq və kommunikasiya bacarığı;
  • Sənədlərlə diqqətli və sistemli işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və detallara diqqətli olmaq;
  • Dövlət qurumları və müştərilərlə peşəkar kommunikasiya qurmaq bacarığı.

İş təcrübəsi:

  • İnzibati işlər, rəhbər assistentliyi, referentlik, sənədləşmə, dövlət qurumları ilə iş və ya korporativ əlaqələr sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Biz nə təklif edirik?

  • Peşəkar və dinamik iş mühiti;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Əmək müqaviləsi və qanunvericiliyə uyğun iş şəraiti.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlərMövzu hissəsində “Referent” qeyd etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly653
  • Monthly2406