Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 10 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi
  • ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi və digər vergi hesablamalarının düzgün aparılması
  • Bank köçürmələrinin icrası və ödəniş tapşırıqlarının hazırlanması
  • Aysonu və ilsonu bağlanışların hazırlanması
  • Büdcə icrasına nəzarət və maliyyə analizlərinin hazırlanması
  • Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim olunması
  • Hesab-fakturaların, qaimələrin, aktların və müqavilələrin uçotu və arxivləşdirilməsi
  • Debitor və kreditor borclarına nəzarət və mütəmadi uzlaşdırmaların aparılması
  • Əmək haqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanması
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
  • Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Daxili maliyyə nəzarəti və şirkət prosedurlarına uyğunluğun təmin edilməsi
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Namizədə tələblər

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə)
  • Mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi (otel və ya xidmət sahəsində təcrübə üstünlükdür)
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək MəcəlləsiMühasibat Uçotu Qanunu üzrə biliklər
  • MS Office proqramları xüsusilə, Excel üzrə qabaqcıl istifadə biliyi və 1C proqram biliyi
  • Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına elektron hesabatların təqdim edilməsi üzrə praktiki bacarıq
  • ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi hesablamaları üzrə praktiki biliklər
  • Bank əməliyyatları, kassa əməliyyatları və ödəniş tapşırıqları üzrə təcrübə
  • Debitor və kreditor borcların uçotunda təcrübə
  • Əmək haqqı hesablamaları və kadr uçotu üzrə biliklər
  • Peşəkar mühasib sertifikatı üstünlükdür
  • İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı

İş şəraiti

  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
  • Əmək haqqı: 1200-1500 AZN

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly610
  • Monthly1178