Müəssisəmizdə Personal Assistant (Şəxsi Köməkçi) vəzifəsinə işçi axtarılır. Aşağıda göstərilən tələblərə cavab verən namizədləri müraciət etməyə dəvət edirik.
Vəzifə Öhdəlikləri:
- Rəhbərliklə olan görüşlərin təyin olunması və koordinasiyası.
- Rəhbərlik üçün məktubların, təqdimatların və digər yazışmaların hazırlanması.
- İcra edilən layihələr və işlər üzrə araşdırmaların aparılması.
- Ofis daxili işlərin təşkil olunması və nəzarət edilməsi.
- Xarici ezamiyyətlərə hazır olmaq və rəhbərliklə ezamiyyələrin təşkilinə dəstək vermək.
- Ofis materiallarının idarə olunması və hər hansı bir ehtiyacın qarşılanması.
- Rəhbərlik tərəfindən təyin edilən digər gündəlik tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Yalnız qadın namizədlər nəzərdən keçiriləcək.
- İngilis və Rus dili bilməsi mütləqdir (yazılı və şifahi).
- Ofis işlərində təcrübə.
- Yüksək təşkilatçılıq bacarıqları və diqqətli olmaq.
- Kommunikasiya və yazılı ifadə qabiliyyətinin yüksək olması.
- Təzyiq altında işləyə bilmək və detallara diqqət etmək bacarığı.
- Xarici ezamiyyətlərə hazırlıq və uyğunlaşa bilmək.
- Yaxşı kompüter bacarıqları (Microsoft Office, internet araşdırmaları və s.).
Əlavə Məlumat:
- İş saatları: 5 günlük iş qrafiki
- Əmək haqqı: 1000 manat+bonus.
Namizədlərdən xahiş edirik, CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.