Avtomatika üzrə texnik (Zirə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avtomatika üzrə texnik (Zirə)

  • Deadline 18 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aşağıdakı şərtlər üzrə “Avtomatika üzrə texnik” (Zirə) tələb olunur.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri,Xəzər yayonu, Zirə qəsəbəsi
  • İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Vəzifə öhdəlikləri

  • İstixanada avtomatika və elektronika sistemlərinin texniki vəziyyətinə nəzarət etmək;
  • Sensorların, ölçü cihazlarının, idarəetmə panellərinin və digər elektron avadanlıqların işlək vəziyyətini yoxlamaq; 
  • Avadanlıqlarda yaranan texniki nasazlıqları müəyyən etmək və aradan qaldırılmasını təmin etmək; 
  • Avtomatik idarəetmə sistemlərinin düzgün işləməsinə nəzarət etmək; 
  • Elektronika avadanlıqlarında yaranan nasazlıqları və problemləri həll etmək;
  • Priva və digər istixana idarəetmə sistemlərinin işində yaranan texniki problemlərin müəyyənləşdirilməsini və aradan qaldırılmasını təmin etmək;
  • Qaz təhlükəli yerlərdə: nasosxanalarda, qazanxanda və hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsinə bilavasitə nəzarət edir;
  • Avadanlıqların və qurğuların təmirində, qulluq edilməsində istifadə olunan ehtiyat hissələrinin və mal-materialın təyinatı üzrə sərf olunmasına, onların saxlanılmasına nəzarət edir;
  • Təmir və montaj işlərinin görülməsi üçün istifadə edilən alət və vasitələrin saz vəziyyətdə saxlanılmasını təmin edir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edir;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir.

Təhsil və iş təcrübəsi

  • Ali təhsil
  • Minimum 2 il vəzifə üzrə təcrübə (İstixana üzrə iş təcrübəsi olmağı üstünlükdür)

Bacarıq və səriştələr

  • İstixana avadanlıqları ilə işləmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik.

Təminatlar:  

  • Nəqliyyat və naharla təmin edilir.

Bilməlidir

  • Avtomatika və elektronikanın əsaslarını;
  • Elektron avadanlıqların və cihazların iş prinsipini;
  • İstixana avadanlıqları ilə işləməyi;
  • Texniki xidmət ilə bağlı daxili nizam-intizam qaydalarını;
  • Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat  sanitariyasının,  mülki  müdafiənin  norma  və  qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.

Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Avtomatika üzrə texnik (Zirə)” qeyd etməyi unutmayın.

  • Daily3
  • Weekly597
  • Monthly483