Təcili olaraq aşağıdakı şərtlər üzrə “Baş Texnik” (Zirə) tələb olunur.
İş şəraiti
- İş yeri: Bakı şəhəri,Xəzər yayonu, Zirə qəsəbəsi
- İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla
- Əmək haqqı: 1400 azn
Vəzifə öhdəlikləri
- İstixanada olan qurğuların, avadanlıqların, mexanizmlərin texniki vəziyyətinin daim yoxlanmasında və aşkar olunan nasazlıqların operativ surətdə aradan qaldırılmasında iştirak edir;
- İstixana ərazisində, nasosxanada, çən parklarında, qazanxanada, kompressor otağı və digər mexaniki qurğu və avadanlıqların normal və təhlükəsiz işləməsini təmin edir;
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
- Təmirin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə, qurğuların texniki vəziyyətinə nəzarət edir;
- Qaz təhlükəli yerlərdə: nasosxanalarda, qazanxanda və hündürlük işlərinin yerinə yetirilməsinə bilavasitə nəzarət edir;
- Avadanlıqların və qurğuların təmirində, qulluq edilməsində istifadə olunan ehtiyat hissələrinin və mal/materialın təyinatı üzrə sərf olunmasına, onların saxlanılmasına nəzarət edir;
- Təmir və montaj işlərinin görülməsi üçün istifadə edilən alət və vasitələrin saz vəziyyətdə saxlanılmasını təmin edir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edir;
- Xidmət edilən qurğunun prinsipial texnoloji sistemini və kommunikasiyaların sxeminin qorunub saxlanmasını təmin edir;
- Avadanlıqların texniki xarakteristikasına, konstruktiv xüsusiyyətlərinə, iş rejiminə, onların istismar qaydalarına uyğun istifadəsini təşkil və təmin edir;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir.
Təhsil və iş təcrübəsi
- Ali təhsil
- Minimum 2 il Texnik vəzifəsi üzrə təcrübə (İstixana üzrə iş təcrübəsi olmağı üstünlükdür)
Bacarıq və səriştələr
- İstixana avadanlıqları ilə işləmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik.
Təminatlar:
- Nəqliyyat və naharla təmin edilir.
Bilməlidir
- İstixana avadanlıqları ilə işləməyi;
- Texniki xidmət ilə bağlı daxili nizam-intizam qaydalarını;
- Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Baş Texnik (Zirə)” qeyd etməyi unutmayın.