B Buta Consulting MMC
  • 745

Buta Consulting MMC

Professional Services , Accounting

İşə qəbul üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşə qəbul üzrə mütəxəssis

  • Deadline 4 January 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və öhdəliklər:

  • Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;
  • Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
  • Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
  • Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
  • Digər işəgötürmə və axtarış üsullarının həyata keçirilməsi, axtarış vasitələrinin effektivliyinin artırılması;
  • Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
  • İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
  • İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması; 
  • Kadr bazasının hazırlanması və yenilənməsi;
  • Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarət etmək;
  • İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;
  • Sınaq müddəti təyin edilməsi və izlənməsi;
  • Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
  • İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.

Namizədə olan tələblər:

  • Menecment, iqtisadiyyat və ya ictimaiyyətlə əlaqələr sahəsində ali təhsil;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və rus dilləri;
  • Ms Office proqramında yüksək səviyyədə işləyə bilmək bacarığı;
  • Müsahibə metodları,testləşdirmə və kadr seçimi politikasından anlayışın olması;
  • Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
  • Kollektivlə işləmə bacarığı;
  • Araşdırma qabiliyyəti yüksək olmalı;
  • Yaş: 23-35;
  • Retail sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.

İş şəraiti:

  • 6 günlük iş rejimi (I-V günlər tam iş günü, VI gün yarım iş günü);
  • Şirkət hesabına nahar;
  • Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar

  • Daily0
  • Weekly351
  • Monthly1989