Vəzifə və öhdəliklər:
- Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;
- Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
- Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
- Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
- Digər işəgötürmə və axtarış üsullarının həyata keçirilməsi, axtarış vasitələrinin effektivliyinin artırılması;
- Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
- İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
- İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması;
- Kadr bazasının hazırlanması və yenilənməsi;
- Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarət etmək;
- İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;
- Sınaq müddəti təyin edilməsi və izlənməsi;
- Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
- İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.
Namizədə olan tələblər:
- Menecment, iqtisadiyyat və ya ictimaiyyətlə əlaqələr sahəsində ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və rus dilləri;
- Ms Office proqramında yüksək səviyyədə işləyə bilmək bacarığı;
- Müsahibə metodları,testləşdirmə və kadr seçimi politikasından anlayışın olması;
- Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
- Kollektivlə işləmə bacarığı;
- Araşdırma qabiliyyəti yüksək olmalı;
- Yaş: 23-35;
- Retail sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.
İş şəraiti:
- 6 günlük iş rejimi (I-V günlər tam iş günü, VI gün yarım iş günü);
- Şirkət hesabına nahar;
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar