İş yeri: Bakı, Bakı İş Mərkəzi (Qara Qarayev metrosu yaxınlığı)
Əlaqə: 077 315 25 64
Vəzifə təsviri:
Komandamıza təcrübəli İnteryer Dizayner axtarırıq. Bu vəzifə, yaradıcılığını və texniki biliklərini birləşdirərək müştəri məmnuniyyətini ən yüksək səviyyəyə çatdırmaq istəyənlər üçün ideal fürsətdir. İş formatı — freelance, hibrid və ya ofisdə ola bilər.
Əsas vəzifələr:
- Müxtəlif interyer dizayn layihələrinin hazırlanması
- Mebel, material və dekorasiya seçimində yaradıcılıq
- Müştəri tələblərinə uyğun eskiz və 3D vizuallaşdırma
- AutoCAD, 3ds Max, Photoshop proqramlarında peşəkar işləmək
- Portfolioda kreativ və fərqli iş nümunələrinin olması
Tələblər:
- Memarlıq ixtisası üzrə təhsil (üstünlükdür)
- Minimum 1-2 il interyer dizayn sahəsində iş təcrübəsi
- AutoCAD, 3ds Max, Photoshop proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Eskiz, 3D vizuallaşdırma və layihə təqdimatı hazırlama bacarığı
- İngilis və Rus dillərində biliklər (arzuolunandır)
- Yaradıcı yanaşma, detallara diqqət, məsuliyyətli iş prinsipi
- Operativlik, nəticə yönümlü yanaşma və komanda ilə işləmə bacarığı
Əmək haqqı: Razılaşma yolu ilə
Müraciət üçün:
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.