Baş Mühasib

  • Deadline 28 Oktyabr 2026

Buta Park MMC tikinti və inşaat, tikinti materiallarının təchizatı, informasiya texnologiyaları və mühəndis-texniki həllər sahəsində fəaliyyət göstərən çoxprofilli şirkətdir.

Şirkətimiz tikinti layihələrinin icrası, İT infrastrukturlarının qurulması, təhlükəsizlik, video-müşahidə, yanğın siqnalizasiya, girişə nəzarət və digər texnoloji sistemlərin təchizatı və quraşdırılması üzrə kompleks həllər təqdim edir.

Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 7
  • İş təcrübəsi: 5 ildən çox
  • Əməkhaqqı: 1000–1500 AZN
  • İş qrafiki: Bazar ertəsi–Cümə 09:00–18:00, Şənbə 10:00–13:00

Öhdəliklər

  • Mühasibat və vergi uçotunun qanunvericiliyə uyğun aparılması;
  • İlkin mühasibat sənədlərinin yoxlanılması və uçota alınması;
  • Bank, kassa, alış, satış, idxal və anbar əməliyyatlarının uçotunun aparılması;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların və təhvil-təslim aktlarının hazırlanması;
  • ƏDV, mənfəət, gəlir, əmlak, torpaq və digər vergilər üzrə hesabatların hazırlanaraq təqdim edilməsi;
  • DSMF, statistika, məşğulluq və digər dövlət qurumlarına hesabatların təqdim olunması;
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin hesablanması;
  • İşçilərin əməkhaqqından vergi və sosial ödənişlərin düzgün hesablanmasına nəzarət;
  • Debitor və kreditor borclarının uçotu, üzləşmə aktlarının hazırlanması;
  • Müştəri və təchizatçılarla hesablaşmalara nəzarət;
  • Bank ödənişlərinin və internet bankçılıq əməliyyatlarının həyata keçirilməsi;
  • Müqavilələrin maliyyə və vergi şərtlərinin yoxlanılması;
  • İdxal əməliyyatlarının, gömrük sənədlərinin və malların maya dəyərinin uçotu;
  • Əsas vəsaitlərin, inventarların və materialların uçotunun aparılması;
  • Anbar qalıqlarına və inventarizasiya prosesinə nəzarət;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
  • Pul vəsaitlərinin hərəkəti üzrə hesabatın hazırlanması və nəzarətdə saxlanılması;
  • Şirkətin gəlir və xərclərinin təhlil edilməsi;
  • Büdcənin və maliyyə planının hazırlanması, faktiki nəticələrin büdcə ilə müqayisəsi;
  • Layihələr və fəaliyyət istiqamətləri üzrə gəlirlilik və rentabellik hesablamalarının aparılması;
  • Məhsul və xidmətlərin maya dəyərinin hesablanması;
  • Şirkətin ödəniş planının və pul axınının idarə edilməsi;
  • Maliyyə risklərinin müəyyənləşdirilməsi və rəhbərliyə təkliflərin təqdim olunması;
  • Rəhbərlik üçün maliyyə göstəriciləri və idarəetmə hesabatlarının hazırlanması;
  • Vergi yoxlamaları və audit proseslərində şirkətin təmsil olunması;
  • Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsinin təmin edilməsi;
  • Mühasibat və maliyyə proseslərinin təkmilləşdirilməsi.

Tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Baş mühasib və ya maliyyəçi vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək;
  • Vergi və digər dövlət portallarında sərbəst işləmək bacarığı;
  • Microsoft Excel və internet bankçılıq proqramlarında işləmək bacarığı;
  • Maliyyə hesabatları, büdcələşdirmə və pul axınının idarə edilməsi üzrə təcrübə;
  • Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyət;
  • Sənədlərlə sistemli işləmək və müəyyən edilmiş müddətlərə riayət etmək bacarığı;
  • Komandada işləmək və rəhbərliyə düzgün hesabat təqdim etmək bacarığı;
  • PMS sertifikatının olması üstünlükdür.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily6
  • Weekly250
  • Monthly2590