Korporativ Satış Mütəxəssisi

  • Истекает 22 октябрь 2026

İş barədə məlumat

 

Buta Park MMC tikinti, mühəndis sistemləri (MEP), təmir və yenidənqurma sahəsində kompleks xidmətlər göstərən şirkətdir.

Şirkətimiz yaşayış, kommersiya, sənaye və inzibati obyektlər üzrə tikinti-quraşdırma, əsaslı və cari təmir, fit-out və interyer, rekonstruksiya, fasad və ümumi tikinti işlərinin, eləcə də MEP – mexaniki, elektrik və santexnika sistemlərinin icrasını həyata keçirir.

Fəaliyyətimizin əsas istiqamətləri:

Ümumi tikinti və tikinti-quraşdırma işləri;

Əsaslı və cari təmir işləri;

Ofis, mağaza, restoran, otel və digər kommersiya obyektlərinin fit-out və interyer işləri;

Memarlıq və interyer həllərinin icrası;

Rekonstruksiya və yenidənqurma işləri;

MEP sistemlərinin quraşdırılması;

Elektrik və zəif axın sistemləri;

HVAC – isitmə, soyutma və havalandırma sistemləri;

Su, kanalizasiya və santexnika işləri;

Yanğın təhlükəsizliyi və yanğınsöndürmə sistemləri;

Fasad, dam örtüyü və hidroizolyasiya işləri;

Tikinti materiallarının təchizatı və layihə üzrə kompleks satınalma xidmətləri.

Hazırda komandamıza əsas fəaliyyəti yeni tikinti layihələrinin və korporativ müştərilərin cəlb edilməsi olacaq Korporativ Satış / Layihə Satışları üzrə Mütəxəssis axtarırıq.

Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma.

İş şəraiti:

* İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00;

* İş yeri: Buta Park MMC ;

* Əməkhaqqı: Sabit əməkhaqqı və satış nəticələrinə uyğun bonus;

* Əməkhaqqının məbləği namizədin təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək;

* Mobil rabitə və işgüzar səfər xərclərinin qarşılanması;

* Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

* Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

 

Qeyd: Yalnız tikinti sektorunda korporativ satış təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur.

CV göndərərkən mövzu hissəsinə vakansiyanın adını qeyd edin zəhmət olmasa.

Əmək haqqı: Fix+bonus

Öhdəliklər

  • Tikinti sektorunda yeni korporativ müştərilərin axtarılması və şirkətlə əməkdaşlığa cəlb edilməsi;
  • Dövlət və özəl tikinti layihələrinin araşdırılması, potensial satış imkanlarının müəyyənləşdirilməsi;
  • Tikinti, təmir, layihələndirmə, mühəndis sistemləri və əlaqəli xidmətlərin korporativ müştərilərə təqdim edilməsi;
  • Developer, baş podratçı, subpodratçı, layihəçi və digər şirkətlərlə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Müştəri ehtiyaclarının öyrənilməsi, uyğun kommersiya həllərinin və qiymət təkliflərinin hazırlanması;
  • Obyektlərə baxışların, müştəri görüşlərinin və təqdimatların təşkili;
  • Texniki şöbə ilə əməkdaşlıq çərçivəsində iş həcmlərinin müəyyənləşdirilməsi və kommersiya təkliflərinin hazırlanması;
  • Tender və satınalma elanlarının izlənilməsi, tələb olunan sənədlərin hazırlanmasında iştirak və satınalma şərtlərinin təhlili;
  • Qiymət, ödəniş, icra müddəti və digər kommersiya şərtləri üzrə danışıqların aparılması;
  • Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak;
  • Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə edilməsi;
  • Müqavilə sonrası layihənin icra vəziyyətinin, müştəri məmnuniyyətinin və ödənişlərin izlənilməsi;
  • Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması və təkrar satışların artırılması;
  • Aylıq və illik satış planlarının yerinə yetirilməsi, satış nəticələri və potensial layihələr üzrə rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Tikinti bazarının, rəqiblərin və qiymət dəyişikliklərinin araşdırılması;
  • Şirkətin bazarda tanıdılması və korporativ müştəri bazasının genişləndirilməsi.

Tələblər

  • Ali təhsil;
  • Tikinti sektorunda korporativ satış üzrə minimum 5 ildən çox iş təcrübəsi;
  • Tikinti, təmir, layihələndirmə, MEP və ya tikinti materiallarının satışı sahələrindən ən azı biri üzrə təcrübə;
  • Tikinti şirkətləri, developer, podratçı və korporativ sifarişçilərlə işləmək təcrübəsi;
  • Tender, kommersiya təklifləri və müqavilələrlə işləmək bacarığı;
  • Tikinti işlərinin və texniki sənədlərin ümumi mahiyyətini anlamaq bacarığı;
  • B2B satış və danışıqların aparılması üzrə güclü bacarıqlar;
  • Aktiv korporativ müştəri bazasının olması üstünlükdür;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; rus və ingilis dili biliyi üstünlükdür;
  • Microsoft Office və CRM proqramlarında işləmək bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı;
  • Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyət;
  • Şəxsi avtomobilin olması üstünlükdür.
  • Daily38
  • Weekly308
  • Monthly2025