Korporativ Satış Mütəxəssisi

  • Deadline 22 Oktyabr 2026

İş barədə məlumat

  • Buta Park MMC tikinti, mühəndis sistemləri (MEP), təmir və yenidənqurma sahəsində kompleks xidmətlər göstərən şirkətdir.
  • Şirkətimiz yaşayış, kommersiya, sənaye və inzibati obyektlər üzrə tikinti-quraşdırma, əsaslı və cari təmir, fit-out və interyer, rekonstruksiya, fasad və ümumi tikinti işlərinin, eləcə də MEP – mexaniki, elektrik və santexnika sistemlərinin icrasını həyata keçirir.

Fəaliyyətimizin əsas istiqamətləri:

  • Ümumi tikinti və tikinti-quraşdırma işləri;
  • Əsaslı və cari təmir işləri;
  • Ofis, mağaza, restoran, otel və digər kommersiya obyektlərinin fit-out və interyer işləri;
  • Memarlıq və interyer həllərinin icrası;
  • Rekonstruksiya və yenidənqurma işləri;
  • MEP sistemlərinin quraşdırılması;
  • Elektrik və zəif axın sistemləri;
  • HVAC – isitmə, soyutma və havalandırma sistemləri;
  • Su, kanalizasiya və santexnika işləri;
  • Yanğın təhlükəsizliyi və yanğınsöndürmə sistemləri;
  • Fasad, dam örtüyü və hidroizolyasiya işləri;
  • Tikinti materiallarının təchizatı və layihə üzrə kompleks satınalma xidmətləri.
  • Hazırda komandamıza əsas fəaliyyəti yeni tikinti layihələrinin və korporativ müştərilərin cəlb edilməsi olacaq Korporativ Satış / Layihə Satışları üzrə Mütəxəssis axtarırıq.
  • Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma.

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00;
  • İş yeri: Buta Park MMC ;
  • Əməkhaqqı: Sabit əməkhaqqı və satış nəticələrinə uyğun bonus;
  • Əməkhaqqının məbləği namizədin təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək;
  • Mobil rabitə və işgüzar səfər xərclərinin qarşılanması;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

Qeyd: Yalnız tikinti sektorunda korporativ satış təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur.

CV göndərərkən mövzu hissəsinə vakansiyanın adını qeyd edin zəhmət olmasa.

Əmək haqqı: Fix+bonus

Öhdəliklər

  • Tikinti sektorunda yeni korporativ müştərilərin axtarılması və şirkətlə əməkdaşlığa cəlb edilməsi;
  • Dövlət və özəl tikinti layihələrinin araşdırılması, potensial satış imkanlarının müəyyənləşdirilməsi;
  • Tikinti, təmir, layihələndirmə, mühəndis sistemləri və əlaqəli xidmətlərin korporativ müştərilərə təqdim edilməsi;
  • Developer, baş podratçı, subpodratçı, layihəçi və digər şirkətlərlə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Müştəri ehtiyaclarının öyrənilməsi, uyğun kommersiya həllərinin və qiymət təkliflərinin hazırlanması;
  • Obyektlərə baxışların, müştəri görüşlərinin və təqdimatların təşkili;
  • Texniki şöbə ilə əməkdaşlıq çərçivəsində iş həcmlərinin müəyyənləşdirilməsi və kommersiya təkliflərinin hazırlanması;
  • Tender və satınalma elanlarının izlənilməsi, tələb olunan sənədlərin hazırlanmasında iştirak və satınalma şərtlərinin təhlili;
  • Qiymət, ödəniş, icra müddəti və digər kommersiya şərtləri üzrə danışıqların aparılması;
  • Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak;
  • Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə edilməsi;
  • Müqavilə sonrası layihənin icra vəziyyətinin, müştəri məmnuniyyətinin və ödənişlərin izlənilməsi;
  • Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması və təkrar satışların artırılması;
  • Aylıq və illik satış planlarının yerinə yetirilməsi, satış nəticələri və potensial layihələr üzrə rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Tikinti bazarının, rəqiblərin və qiymət dəyişikliklərinin araşdırılması;
  • Şirkətin bazarda tanıdılması və korporativ müştəri bazasının genişləndirilməsi.

Tələblər

  • Ali təhsil;
  • Tikinti sektorunda korporativ satış üzrə minimum 5 ildən çox iş təcrübəsi;
  • Tikinti, təmir, layihələndirmə, MEP və ya tikinti materiallarının satışı sahələrindən ən azı biri üzrə təcrübə;
  • Tikinti şirkətləri, developer, podratçı və korporativ sifarişçilərlə işləmək təcrübəsi;
  • Tender, kommersiya təklifləri və müqavilələrlə işləmək bacarığı;
  • Tikinti işlərinin və texniki sənədlərin ümumi mahiyyətini anlamaq bacarığı;
  • B2B satış və danışıqların aparılması üzrə güclü bacarıqlar;
  • Aktiv korporativ müştəri bazasının olması üstünlükdür;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; rus və ingilis dili biliyi üstünlükdür;
  • Microsoft Office və CRM proqramlarında işləmək bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı;
  • Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyət;
  • Şəxsi avtomobilin olması üstünlükdür.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily39
  • Weekly309
  • Monthly2026