İş barədə məlumat
- Buta Park MMC tikinti, mühəndis sistemləri (MEP), təmir və yenidənqurma sahəsində kompleks xidmətlər göstərən şirkətdir.
- Şirkətimiz yaşayış, kommersiya, sənaye və inzibati obyektlər üzrə tikinti-quraşdırma, əsaslı və cari təmir, fit-out və interyer, rekonstruksiya, fasad və ümumi tikinti işlərinin, eləcə də MEP – mexaniki, elektrik və santexnika sistemlərinin icrasını həyata keçirir.
Fəaliyyətimizin əsas istiqamətləri:
- Ümumi tikinti və tikinti-quraşdırma işləri;
- Əsaslı və cari təmir işləri;
- Ofis, mağaza, restoran, otel və digər kommersiya obyektlərinin fit-out və interyer işləri;
- Memarlıq və interyer həllərinin icrası;
- Rekonstruksiya və yenidənqurma işləri;
- MEP sistemlərinin quraşdırılması;
- Elektrik və zəif axın sistemləri;
- HVAC – isitmə, soyutma və havalandırma sistemləri;
- Su, kanalizasiya və santexnika işləri;
- Yanğın təhlükəsizliyi və yanğınsöndürmə sistemləri;
- Fasad, dam örtüyü və hidroizolyasiya işləri;
- Tikinti materiallarının təchizatı və layihə üzrə kompleks satınalma xidmətləri.
- Hazırda komandamıza əsas fəaliyyəti yeni tikinti layihələrinin və korporativ müştərilərin cəlb edilməsi olacaq Korporativ Satış / Layihə Satışları üzrə Mütəxəssis axtarırıq.
- Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00;
- İş yeri: Buta Park MMC ;
- Əməkhaqqı: Sabit əməkhaqqı və satış nəticələrinə uyğun bonus;
- Əməkhaqqının məbləği namizədin təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək;
- Mobil rabitə və işgüzar səfər xərclərinin qarşılanması;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Qeyd: Yalnız tikinti sektorunda korporativ satış təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur.
CV göndərərkən mövzu hissəsinə vakansiyanın adını qeyd edin zəhmət olmasa.
Əmək haqqı: Fix+bonus
Öhdəliklər
- Tikinti sektorunda yeni korporativ müştərilərin axtarılması və şirkətlə əməkdaşlığa cəlb edilməsi;
- Dövlət və özəl tikinti layihələrinin araşdırılması, potensial satış imkanlarının müəyyənləşdirilməsi;
- Tikinti, təmir, layihələndirmə, mühəndis sistemləri və əlaqəli xidmətlərin korporativ müştərilərə təqdim edilməsi;
- Developer, baş podratçı, subpodratçı, layihəçi və digər şirkətlərlə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Müştəri ehtiyaclarının öyrənilməsi, uyğun kommersiya həllərinin və qiymət təkliflərinin hazırlanması;
- Obyektlərə baxışların, müştəri görüşlərinin və təqdimatların təşkili;
- Texniki şöbə ilə əməkdaşlıq çərçivəsində iş həcmlərinin müəyyənləşdirilməsi və kommersiya təkliflərinin hazırlanması;
- Tender və satınalma elanlarının izlənilməsi, tələb olunan sənədlərin hazırlanmasında iştirak və satınalma şərtlərinin təhlili;
- Qiymət, ödəniş, icra müddəti və digər kommersiya şərtləri üzrə danışıqların aparılması;
- Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak;
- Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə edilməsi;
- Müqavilə sonrası layihənin icra vəziyyətinin, müştəri məmnuniyyətinin və ödənişlərin izlənilməsi;
- Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması və təkrar satışların artırılması;
- Aylıq və illik satış planlarının yerinə yetirilməsi, satış nəticələri və potensial layihələr üzrə rəhbərliyə hesabatların təqdim edilməsi;
- Tikinti bazarının, rəqiblərin və qiymət dəyişikliklərinin araşdırılması;
- Şirkətin bazarda tanıdılması və korporativ müştəri bazasının genişləndirilməsi.
Tələblər
- Ali təhsil;
- Tikinti sektorunda korporativ satış üzrə minimum 5 ildən çox iş təcrübəsi;
- Tikinti, təmir, layihələndirmə, MEP və ya tikinti materiallarının satışı sahələrindən ən azı biri üzrə təcrübə;
- Tikinti şirkətləri, developer, podratçı və korporativ sifarişçilərlə işləmək təcrübəsi;
- Tender, kommersiya təklifləri və müqavilələrlə işləmək bacarığı;
- Tikinti işlərinin və texniki sənədlərin ümumi mahiyyətini anlamaq bacarığı;
- B2B satış və danışıqların aparılması üzrə güclü bacarıqlar;
- Aktiv korporativ müştəri bazasının olması üstünlükdür;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; rus və ingilis dili biliyi üstünlükdür;
- Microsoft Office və CRM proqramlarında işləmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı;
- Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyət;
- Şəxsi avtomobilin olması üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.