Tender və Satınalma üzrə Aparıcı Mütəxəssis

  • Истекает 22 октябрь 2026

İş barədə məlumat

 

Buta Park MMC tikinti, mühəndis sistemləri (MEP), təmir və yenidənqurma sahəsində kompleks xidmətlər göstərən şirkətdir.

Şirkətimiz yaşayış, kommersiya, sənaye və inzibati obyektlər üzrə tikinti-quraşdırma, əsaslı və cari təmir, fit-out və interyer, rekonstruksiya, eləcə də MEP – mexaniki, elektrik və santexnika sistemlərinin icrasını həyata keçirir.

Fəaliyyətimizin genişlənməsi ilə əlaqədar komandamıza Satınalma və Tender üzrə Mütəxəssis axtarırıq.

Namizədin əsas vəzifəsi şirkətin iştirak etdiyi tikinti, təmir, fit-out və MEP tenderlərinin hazırlanması, layihə sənədlərinin və BOQ-ların təhlili, bazar qiymətlərinin araşdırılması, təchizatçı və subpodratçılardan kommersiya təkliflərinin alınması və layihə üzrə rəqabətqabiliyyətli qiymət təklifinin formalaşdırılması olacaq.

Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma.

 

İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 7

Yaş: 25–60

Təhsil: Ali

İş təcrübəsi: 5 ildən çox

Əməkhaqqı: 1000–1500 AZN

İş qrafiki: Bazar ertəsi–Cümə 09:00–18:00, Şənbə 10:00–13:00

 

Əsas vəzifələr

Dövlət və kommersiya tenderlərinin izlənilməsi;

Tikinti, təmir və MEP sahəsində elan olunan tenderlərin araşdırılması və uyğun tenderlərin müəyyən edilməsi;

Tender sənədlərinin, texniki şərtlərin, layihələrin və BOQ-ların təhlil edilməsi;

Tender tələblərinə uyğun texniki və kommersiya sənədlərinin hazırlanması;

BOQ üzrə material, avadanlıq və işçilik qiymətlərinin araşdırılması;

Layihələr üzrə ilkin cost estimation / qiymət hesablamalarının hazırlanması;

Yerli və xarici təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;

Subpodratçıların müəyyən edilməsi və onlardan kommersiya təkliflərinin alınması;

Material və avadanlıqlar üzrə alternativ marka və texniki həllərin araşdırılması;

Təchizatçı və subpodratçılarla qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması;

Tender üçün yekun qiymət cədvəllərinin və kommersiya təkliflərinin hazırlanması;

Tender sənədlərinin tələb olunan formatda və vaxtında təqdim edilməsinin təmin edilməsi;

Qazanılmış layihələr üzrə satınalma prosesinin təşkil edilməsi və sifarişlərin izlənilməsi;

Layihə rəhbərləri, mühəndislər, smetaçı və maliyyə komandası ilə koordinasiyalı işləmək.

 

Tələblər

Tender və satınalma sahəsində 5+ il iş təcrübəsi;

Tikinti, MEP, zəif cərəyan və IT sahələri üzrə texniki anlayış;

BOQ, smeta və texniki spesifikasiyalarla işləmə bacarığı;

Excel və Word proqramlarını yaxşı bilmək;

Analitik düşüncə və yüksək məsuliyyət;

Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;

Rus və ingilis dili biliyi üstünlükdür.

 

Üstünlük veriləcək namizədlər

Tikinti şirkətlərində Tender Engineer, Procurement Specialist, Estimation Engineer, Tender Specialist və ya Quantity Surveyor kimi çalışmış, tikinti və MEP layihələrində real qiymətləndirmə və satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Bizə sadəcə tender sənədlərini hazırlayan əməkdaş deyil, layihəni texniki və kommersiya baxımından analiz edə bilən, bazardan doğru qiymətləri toplayaraq rəqabətqabiliyyətli təklif formalaşdıra bilən mütəxəssis lazımdır.

Müraciət: CV göndərərkən mövzu hissəsində “Tender və Satınalma üzrə Aparıcı Mütəxəssis” qeyd edilməlidir.

  • Daily118
  • Weekly388
  • Monthly2102