Tender və Satınalma üzrə Aparıcı Mütəxəssis

  • Deadline 22 Oktyabr 2026

İş barədə məlumat

  • Buta Park MMC tikinti, mühəndis sistemləri (MEP), təmir və yenidənqurma sahəsində kompleks xidmətlər göstərən şirkətdir.
  • Şirkətimiz yaşayış, kommersiya, sənaye və inzibati obyektlər üzrə tikinti-quraşdırma, əsaslı və cari təmir, fit-out və interyer, rekonstruksiya, eləcə də MEP – mexaniki, elektrik və santexnika sistemlərinin icrasını həyata keçirir.
  • Fəaliyyətimizin genişlənməsi ilə əlaqədar komandamıza Satınalma və Tender üzrə Mütəxəssis axtarırıq.
  • Namizədin əsas vəzifəsi şirkətin iştirak etdiyi tikinti, təmir, fit-out və MEP tenderlərinin hazırlanması, layihə sənədlərinin və BOQ-ların təhlili, bazar qiymətlərinin araşdırılması, təchizatçı və subpodratçılardan kommersiya təkliflərinin alınması və layihə üzrə rəqabətqabiliyyətli qiymət təklifinin formalaşdırılması olacaq.
  • Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 7
  • İş təcrübəsi: 5 ildən çox
  • Əməkhaqqı: 1000–1500 AZN
  • İş qrafiki: Bazar ertəsi–Cümə 09:00–18:00, Şənbə 10:00–13:00

Əsas vəzifələr

  • Dövlət və kommersiya tenderlərinin izlənilməsi;
  • Tikinti, təmir və MEP sahəsində elan olunan tenderlərin araşdırılması və uyğun tenderlərin müəyyən edilməsi;
  • Tender sənədlərinin, texniki şərtlərin, layihələrin və BOQ-ların təhlil edilməsi;
  • Tender tələblərinə uyğun texniki və kommersiya sənədlərinin hazırlanması;
  • BOQ üzrə material, avadanlıq və işçilik qiymətlərinin araşdırılması;
  • Layihələr üzrə ilkin cost estimation / qiymət hesablamalarının hazırlanması;
  • Yerli və xarici təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
  • Subpodratçıların müəyyən edilməsi və onlardan kommersiya təkliflərinin alınması;
  • Material və avadanlıqlar üzrə alternativ marka və texniki həllərin araşdırılması;
  • Təchizatçı və subpodratçılarla qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması;
  • Tender üçün yekun qiymət cədvəllərinin və kommersiya təkliflərinin hazırlanması;
  • Tender sənədlərinin tələb olunan formatda və vaxtında təqdim edilməsinin təmin edilməsi;
  • Qazanılmış layihələr üzrə satınalma prosesinin təşkil edilməsi və sifarişlərin izlənilməsi;
  • Layihə rəhbərləri, mühəndislər, smetaçı və maliyyə komandası ilə koordinasiyalı işləmək.

Tələblər

  • Yaş: 25–60
  • Təhsil: Ali
  • Tender və satınalma sahəsində 5+ il iş təcrübəsi;
  • Tikinti, MEP, zəif cərəyan və IT sahələri üzrə texniki anlayış;
  • BOQ, smeta və texniki spesifikasiyalarla işləmə bacarığı;
  • Excel və Word proqramlarını yaxşı bilmək;
  • Analitik düşüncə və yüksək məsuliyyət;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
  • Rus və ingilis dili biliyi üstünlükdür.

​​​​​​​Üstünlük veriləcək namizədlər

  • Tikinti şirkətlərində Tender Engineer, Procurement Specialist, Estimation Engineer, Tender Specialist və ya Quantity Surveyor kimi çalışmış, tikinti və MEP layihələrində real qiymətləndirmə və satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
  • Bizə sadəcə tender sənədlərini hazırlayan əməkdaş deyil, layihəni texniki və kommersiya baxımından analiz edə bilən, bazardan doğru qiymətləri toplayaraq rəqabətqabiliyyətli təklif formalaşdıra bilən mütəxəssis lazımdır.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily0
  • Weekly388
  • Monthly2102