Azərbaycanın regionlarından birində yerləşən 28 otaqlı butik otel, tərkibində restoran və terras olan otelimiz üçün təcrübəli, satış yönümlü və F&B sahəsini yaxşı bilən Otel Administratoru axtarırıq.
İş şəraiti:
- Yer: Azərbaycan bölgəsi (regional otel)
- Otel növü: Butik otel, restoran, terras
Əsas vəzifə öhdəlikləri:
- Otelin gündəlik əməliyyat fəaliyyətinin idarə olunması (resepsiya, qonaq xidməti, rezervasiyalar)
- Otaqların, restoranın və terrasın aktiv satışı və təşviqi
- Qonaqların qarşılanması, yerləşdirilməsi və məmnunluğunun təmin edilməsi
- Restoran və F&B bölməsi üzrə proseslərə nəzarət (menyu, servis keyfiyyəti, satış)
- Qonaqlara restoran, menyu və xüsusi təkliflər barədə peşəkar məlumat verilməsi
- Yerli müştərilər, şirkətlər və qrup rezervasiyaları ilə işləmək
- Satışların artırılması üçün təklif və kampaniyaların hazırlanması
- Personalın gündəlik işinə koordinasiya və nəzarət
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələblər:
- Otelçilik sahəsində administrator və ya oxşar vəzifədə iş təcrübəsi
- Sales və F&B sahəsində praktiki bilik və təcrübə
- Butik otel və restoran əməliyyatlarını başa düşmək
- Ünsiyyətcil, məsuliyyətli və nəticəyönümlü olmaq
- Azərbaycan dili sərbəst, rus və/və ya ingilis dili üstünlükdür
- Regional şəraitdə işləməyə hazır olmaq
Biz təklif edirik:
- Sabit əmək haqqı + satışa bağlı bonuslar
- Regional butik oteldə uzunmüddətli iş imkanı
- Sizinlə əməkdaşlıq etməkdən məmnun olarıq!
Maraqlanan şəxslər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.