Vəzifə tələbləri:
- Orta və ya orta ixtisas təhsili.
- Anbar işinin əsas prinsiplərini bilmək.
- Komandada işləmək bacarığı.
- Fiziki iş yükünə uyğunluq.
- Məsuliyyətli, intizamlı və diqqətli olmaq.
- MS Office proqramlarından ilkin istifadə bacarığı üstünlük hesab olunur.
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan malların qəbulunda iştirak etmək.
- Malların çeşidinə, miqdarına və görünüşünə nəzarət etmək.
- Məhsulları müəyyən olunmuş qaydada rəflərə və saxlanma yerlərinə yerləşdirmək.
- Malların yüklənməsi, boşaldılması və sifarişlərə uyğun hazırlanmasında iştirak etmək.
- Anbarın təmizliyini, səliqəsini və təhlükəsizliyini təmin etmək.
- Anbar inventarının sayımında və inventarizasiya işlərində iştirak etmək.
- Malların düzgün saxlanma şəraitinə riayət etmək.
- Gələn və çıxan malların qeydiyyatı zamanı anbardara kömək göstərmək.
- Zədələnmiş və ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyi məlumatlandırmaq.
- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət etmək.
- Rəhbərlik tərəfindən verilən digər qanuni tapşırıqları yerinə yetirmək.
İş yeri və rejmi haqqında məlumat:
- İş rejimi: 6 günlük
- Əmək haqqı: 800 AZN
- Ünvan: Çobanzadə 45 A
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.