buyur buyur
  • 238

buyur

IT

Graphic Designer Internship Program

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Graphic Designer Internship Program

  • Deadline 10 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İdeal Namizəd:

  • Yaradıcılığa marağı olan, vizual zövqü güclü və öyrənməyə açıq Graphic Designer Intern axtarırıq. İdeal namizəd sosial media və brend vizualları üzrə düşünə bilməli, dizayn alətləri ilə işləməyi öyrənməyə hazır olmalı və komanda ilə intizamlı şəkildə əməkdaşlıq etməlidir.
  • Təcrübə şərt deyil — əsas olan istək, məsuliyyət və inkişaf motivasiyasıdır.
  • Bu proqram çərçivəsində intern “Buyur” brendinin rəqəmsal vizuallarının hazırlanmasında iştirak edəcək, real tapşırıqlar üzərində işləyəcək və senior dizaynerlərin rəhbərliyi ilə portfoliounu gücləndirəcək.

İş Öhdəlikləri: 

  • Sosial media üçün dizaynların hazırlanması (post, story, cover, banner və s.);
  • Kampaniyalar üçün vizual materialların hazırlanmasında iştirak (endirim, partnyor, tədbir və s.);
  • Brend üslubuna uyğun şablonların hazırlanması və tətbiqi;
  • Marketinq komandası ilə birgə işləyərək vizual istiqamətin qorunması;
  • Sadə motion/animasiya işlərində iştirak (üstünlükdür);
  • Dizayn fayllarının səliqəli arxivləşdirilməsi və düzgün versiyalanması;
  • Həftəlik dizayn planlamasında iştirak və tapşırıqların vaxtında təhvili;
  • Trendləri izləmək və onları “Buyur” üslubuna uyğunlaşdırmaq.

Tələblər:

  • Ali təhsil: Şərt deyil (dizayn yönümlü təhsil üstünlükdür);
  • Alətlər: Figma / Adobe Photoshop / Illustrator ilə işləməyə baza səviyyədə tanışlıq (ən azı 1-i);
  • Zövq və kompozisiya: Typo, rəng, grid və vizual balans hissi;
  • Portfolio: Behance/Dribbble və ya sadə Google Drive linki (minimum 5 iş) üstünlükdür;
  • İntizam: Deadline-lara əməl etmək və geribildirimlə işləmək bacarığı;
  • Kommunikasiya: Azərbaycan dilində səlis ünsiyyət (yazılı və şifahi);
  • Üstünlükdür: Motion (After Effects/CapCut), AI dizayn alətləri ilə iş, basic illustration.

Proqramın müddəti: 

  • 2 ay: 1-ci ay – ödənişsiz təcrübə mərhələsi (təlim, tapşırıqlar, real layihələrlə iş);
  • 2-ci ay – yalnız 1-ci ayı uğurla keçən namizədlər üçün ödənişli mərhələ; 
  • Günlük mentorluq, real məhsul üzərində iş, portfoliolu nəticə yaratmaq imkanı; 
  • Uğurlu nəticə göstərən namizədlər layihələrə və komandaya uzunmüddətli cəlb oluna bilər. 

Təklif etdiklərimiz: 

  • Real iş mühitində intensiv öyrənmə imkanı; 
  • Portfolionuzu gücləndirəcək real dizayn tapşırıqları; Şirkət daxilində gələcək uzunmüddətli əməkdaşlıq şansı; Çevik iş rejimi (ofis və ya distant).

“Buyur” Ailəsinə Qoşulun!

Real layihələrdə işləyərək portfoliounuzu böyütmək, güclü komanda ilə inkişaf etmək və gələcəkdə “Buyur”da karyera qurmaq istəyirsinizsə — bu proqram sizə görədir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily119
  • Weekly372
  • Monthly1059