Vəzifə öhdəlikləri:
- Marketinq fəaliyyətlərinin planlaşdırılması və koordinasiyasını həyata keçirmək;
- Marketinq layihələri və kampaniyaları üzrə işlərin vaxtında icrasını təşkil və nəzarətdə saxlamaq;
- Sosial media və digər reklam kanalları üzrə işlərin icrasını əlaqələndirmək;
- Kontent və reklam materiallarının hazırlanması prosesini koordinasiya etmək;
- Müvafiq əməkdaş və tərəfdaşlarla gündəlik işgüzar əlaqələri həyata keçirmək;
- Marketinq tədbirləri və layihələri üzrə məlumatları toplamaq və sistemləşdirmək;
- Görülən işlər və kampaniyaların nəticələri barədə hesabatlar hazırlamaq;
- Bazar və rəqib fəaliyyəti ilə bağlı məlumatları izləmək və rəhbərliyə təqdim etmək;
- Marketinq fəaliyyətinin effektivliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
- Rəhbərliyin marketinq istiqaməti üzrə verdiyi tapşırıqların icrasını təmin etmək.
Namizədə tələblər:
- Marketinq, menecment, biznesin idarə edilməsi və ya uyğun sahə üzrə ali təhsil;
- Marketinq sahəsində sahəsində minimum 1 il iş təcrübəsi mütləqdir;
- Koordinasiya və təşkilati iş bacarığı;
- Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, operativ, təşəbbüskar və nəticəyönümlü olmaq;
- Azərbaycan dilində sərbəst danışıq (ingilis dili biliyi üstünlükdür).
İş şəraiti:
- İş yeri: Dəmirçi plaza
- İş qrafiki: 5 günlük
- Əməkhaqqı: 700 AZN (net)
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Uyğun namizədlərdən Mövzu hissəsinə “Marketinq üzrə mütəxəssis” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.