Vəzifə öhdəlikləri
- Onlayn satış kanalları vasitəsilə daxil olan müştəri müraciətlərinin operativ və peşəkar şəkildə cavablandırılması;
- Elektronika məhsulları barədə müştərilərə ətraflı və düzgün məlumatların təqdim edilməsi;
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsulların təklif olunması;
- Məhsulların qiymətləri, texniki xüsusiyyətləri, kampaniyaları və zəmanət şərtləri barədə məlumatlandırmanın həyata keçirilməsi;
- Onlayn sifarişlərin qəbul edilməsi və satış prosesinin tam şəkildə idarə olunması;
- Müştəri etirazlarının və suallarının peşəkar şəkildə cavablandırılması;
- Satış hədəflərinin yerinə yetirilməsi və satış göstəricilərinin artırılması istiqamətində fəaliyyət göstərilməsi;
- Əlavə məhsul və aksesuarların müştərilərə təklif edilməsi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və satışdan sonrakı əlaqələrin həyata keçirilməsi;
- Müştəri bazasının idarə olunması və təkrar satış imkanlarının artırılması.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
- Onlayn satış sahəsində praktiki bacarıq;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
- Sosial media platformaları ilə işləmə bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 6 günlük;
- Növbəli şəkildə iş saatları dəyişir- 9:00-18:00, 10:00-19:00;
- Əmək haqqı: İşçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır;
- İş yeri: Dəmirçi plaza;
- Əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.