Online Satış üzrə mütəxəssis

  • Истекает 4 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • Onlayn satış kanalları vasitəsilə daxil olan müştəri müraciətlərinin operativ və peşəkar şəkildə cavablandırılması;
  • Elektronika məhsulları barədə müştərilərə ətraflı və düzgün məlumatların təqdim edilməsi;
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsulların təklif olunması;
  • Məhsulların qiymətləri, texniki xüsusiyyətləri, kampaniyaları və zəmanət şərtləri barədə məlumatlandırmanın həyata keçirilməsi;
  • Onlayn sifarişlərin qəbul edilməsi və satış prosesinin tam şəkildə idarə olunması;
  • Müştəri etirazlarının və suallarının peşəkar şəkildə cavablandırılması;
  • Satış hədəflərinin yerinə yetirilməsi və satış göstəricilərinin artırılması istiqamətində fəaliyyət göstərilməsi;
  • Əlavə məhsul və aksesuarların müştərilərə təklif edilməsi;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və satışdan sonrakı əlaqələrin həyata keçirilməsi;
  • Müştəri bazasının idarə olunması və təkrar satış imkanlarının artırılması.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Onlayn satış sahəsində praktiki bacarıq;
  • Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Sosial media platformaları ilə işləmə bacarığı;
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük; 
  • Növbəli şəkildə iş saatları dəyişir- 9:00-18:00, 10:00-19:00;
  • Əmək haqqı: İşçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır;
  • İş yeri: Dəmirçi plaza;
  • Əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily9
  • Weekly583
  • Monthly469