İş şəraiti:
- İş yeri: Xırdalan filialı
- İş qrafiki: Part-time, 18:00 – 22:00
- Əmək haqqı: 300 AZN
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən ödənilən nağd vəsaitlərin və kredit ödənişlərinin qəbul edilməsi;
- Ödənişlərin düzgünlüyünün yoxlanılması və əməliyyatların qaydalara uyğun icra edilməsi;
- Günlük satış və ödənişlər üzrə hesabat sənədlərinin tərtib olunması;
- Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin və qiymətlərin izlənməsi və nəzarətdə saxlanılması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanılması və səlahiyyətli şəxsə təhvil verilməsi;
- Müştərilərin suallarının dinlənilməsi, səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyəti üzrə yönləndirilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
- Azərbaycan dilini səlis bilməli, rus dili biliyi arzu olunandır;
- Nağd pul əməliyyatları üçün bəsit riyazi biliklər;
- Kassa aparatları və onların iş prinsipləri haqqında biliklər;
- Microsoft Office proqramları üzrə biliklər;
- Dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Qeyd: Müraciətlər vakansiyanın tələblərinə uyğun olaraq dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.