İş yeri: Bakı (ofis / hybrid – razılaşma əsasında)
Vəzifə öhdəlikləri:
- Şirkətin rəsmi veb-saytında məhsulların (telefonlar, elektronika, gadgetlər və s.) düzgün və səliqəli şəkildə yerləşdirilməsi
- Məhsul məlumatlarının (ad, model, texniki göstəricilər, EAN/IMEI, şəkillər və s.) idarə olunması
- Təqdim olunan topdan məhsul siyahılarının (price list) bazaya işlənməsi və daim yenilənməsi
- Bazar araşdırmasının aparılması (rəqiblər, topdan və pərakəndə qiymətlər)
- Mövcud qiymət bazasının həftəlik yenilənməsi və nəzarəti
- Stok məlumatlarının və məhsul mövcudluğunun izlənməsi
- Satış və rəhbərlik üçün sadə hesabatların hazırlanması
Tələblər:
- E-commerce, content management və ya məhsul idarəetməsi sahəsində təcrübə (üstünlükdür)
- Excel / Google Sheets ilə rahat işləmək (formullar, cədvəllər, price listlər)
- Rəqəmlərlə işləmə və analitik düşünmə qabiliyyəti
- Elektronika və texnologiya məhsullarına maraq
- Məsuliyyətli, detallara diqqətli və sistemli işləmə bacarığı
- Azərbaycan dili (rus və ya ingilis dili üstünlükdür)
Biz təklif edirik:
- Stabil və inkişaf edən şirkətdə iş imkanı
- Rəqabətədavamlı əməkhaqqı (təcrübəyə görə)
- Real bazar və qiymət strategiyası ilə işləmə təcrübəsi
- Karyera və peşəkar inkişaf perspektivi
- Gənc və dinamik komanda
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.