İş sahəsi: Avtomobil servis xidməti
Vəzifə öhdəlikləri:
- Avtomobillərin kuzov və boya örtüyünün peşəkar polirovkasının həyata keçirilməsi;
- Səthi cızıqların, oksidləşmənin, matlaşmanın və digər boya qüsurlarının aradan qaldırılması;
- Müxtəlif polirovka pastaları, materialları və avadanlıqları ilə işləmək;
- Kuzov səthinin vəziyyətinin qiymətləndirilməsi və uyğun polirovka üsulunun seçilməsi;
- Polirovka prosesindən əvvəl və sonra avtomobilin səthinin düzgün hazırlanması;
- Avtomobilin digər hissələrinin qorunmasının təmin edilməsi;
- Görülən işlərin yüksək keyfiyyət standartlarına uyğun həyata keçirilməsi.
Namizədə tələblər:
- Avtomobil polirovkası sahəsində minimum 3 il rəsmi iş təcrübəsi;
- Peşəkar polirovka avadanlıqlarından istifadə bacarığı;
- Müxtəlif boya və lak örtükləri ilə işləmə təcrübəsi;
- Müxtəlif növ polirovka pastaları və materialları barədə bilik;
- Kuzov səthindəki qüsurları düzgün qiymətləndirmək bacarığı;
- Detallara yüksək diqqət;
- Səliqəli və keyfiyyətli işləmək;
- Məsuliyyətli və intizamlı olmaq.
İş şəraiti
- İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
- İş rejimi: 6 günlük iş qrafiki
- İstirahət günü: Bazar günü
- Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil polirovka ustası” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.