Avtomobil polirovka ustası

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avtomobil polirovka ustası

  • Deadline 8 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş sahəsi: Avtomobil servis xidməti

Vəzifə öhdəlikləri:

  • Avtomobillərin kuzov və boya örtüyünün peşəkar polirovkasının həyata keçirilməsi;
  • Səthi cızıqların, oksidləşmənin, matlaşmanın və digər boya qüsurlarının aradan qaldırılması;
  • Müxtəlif polirovka pastaları, materialları və avadanlıqları ilə işləmək;
  • Kuzov səthinin vəziyyətinin qiymətləndirilməsi və uyğun polirovka üsulunun seçilməsi;
  • Polirovka prosesindən əvvəl və sonra avtomobilin səthinin düzgün hazırlanması;
  • Avtomobilin digər hissələrinin qorunmasının təmin edilməsi;
  • Görülən işlərin yüksək keyfiyyət standartlarına uyğun həyata keçirilməsi.

Namizədə tələblər:

  • Avtomobil polirovkası sahəsində minimum 3 il rəsmi iş təcrübəsi;
  • Peşəkar polirovka avadanlıqlarından istifadə bacarığı;
  • Müxtəlif boya və lak örtükləri ilə işləmə təcrübəsi;
  • Müxtəlif növ polirovka pastaları və materialları barədə bilik;
  • Kuzov səthindəki qüsurları düzgün qiymətləndirmək bacarığı;
  • Detallara yüksək diqqət;
  • Səliqəli və keyfiyyətli işləmək;
  • Məsuliyyətli və intizamlı olmaq.

İş şəraiti

  • İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
  • İş rejimi: 6 günlük iş qrafiki
  • İstirahət günü: Bazar günü
  • Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.

Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil polirovka ustası” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.

Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.

  • Daily0
  • Weekly486
  • Monthly737