İş barədə məlumat:
- Avtomobil servisinin gündəlik fəaliyyətini təşkil və idarə etmək;
- Servis əməkdaşlarının işini koordinasiya və nəzarət etmək;
- Müştərilərə göstərilən xidmətlərin keyfiyyətinə nəzarət etmək;
- Təmir və texniki xidmət proseslərinin vaxtında və düzgün icrasını təmin etmək;
- Servisin gəlir, xərc və əsas fəaliyyət göstəricilərini izləmək;
- Ehtiyat hissələrinin və servis avadanlıqlarının uçotuna nəzarət etmək;
- Müştəri məmnuniyyətinin artırılması və servis proseslərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
- Komanda idarəetməsi və iş bölgüsünü effektiv şəkildə həyata keçirmək;
- Servisin fəaliyyət göstəriciləri üzrə gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Hesabatlar əsasında əsas problemləri, nəticələri və inkişaf imkanlarını müəyyən etmək.
Tələblər:
- Müvafiq vəzifədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və dilində sərbəst danışmaq (rus dili vacibdir)
- Yüksək nitq mədəniyyəti
- Xoş görünüşlü və ünsiyyətcil olmaq
- Komandada işləmək bacarığı
- Məsuliyyətli və punktual olmaq
- Kompüter bacarıqları (MS Office)
- Avtomobil servisinin iş prinsipləri və texniki xidmət prosesləri barədə yaxşı bilik;
- İdarəetmə və komanda rəhbərliyi bacarığı;
- Hesabatların hazırlanması və analitik təhlil bacarığı;
- KPI və maliyyə göstəriciləri ilə işləmə bacarığı;
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Məsuliyyətli, operativ və nəticəyönümlü yanaşma;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı;
İş şəraiti
- İş yeri: BYD Motors Baku MMC (Badamdar qəs.)
- İş rejimi: 6 günlük iş qrafiki (şənbə günü qısa iş saatı)
- Əmək haqqı: müsahibə nəticəsində müəyyən ediləcəkdir.
Uyğun olan namizədlər CV - lərini mövzu yerinə “Avtomobil Servis Müdiri” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV formasını email əlavə etməmiş namizədlərlə əlaqə saxılanılmayacaq.