Elektrik sistemləri üzrə usta

  • Истекает 8 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri

Vəzifə öhdəlikləri:

  • Elektrik və Plug-in Hibrid avtomobillərinin elektrik sistemlərinin diaqnostikası, texniki xidməti və təmirinin həyata keçirilməsi;
  • Yüksək gərginlikli (High Voltage) sistemlərin və komponentlərin texniki vəziyyətinin yoxlanılması;
  • Yüksək gərginlikli batareya sistemi, inverter, elektrik mühərriki və digər əlaqəli komponentlərin diaqnostikası;
  • 12V elektrik sistemi, akkumulyator və digər elektrik avadanlıqlarının yoxlanılması və təmiri;
  • Elektrik naqilləri, konnektorlar, qoruyucular, relelər və digər elektrik komponentlərində yaranan nasazlıqların müəyyən edilməsi;
  • Diaqnostika cihazlarından istifadə etməklə sistem xətalarının müəyyənləşdirilməsi və aradan qaldırılması;
  • Elektrik sxemlərinin oxunması və texniki təlimatlara uyğun təmir işlərinin aparılması;
  • Təmir və texniki xidmət zamanı təhlükəsizlik qaydalarına, xüsusilə yüksək gərginlikli sistemlərlə işləmə tələblərinə riayət edilməsi;
  • Görülmüş işlərin istehsalçı standartlarına uyğun və yüksək keyfiyyətlə icra edilməsi.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
  • Avtomobil elektrik sistemləri üzrə peşəkar bilik;
  • Elektrik və Plug-in Hibrid avtomobillərinin konstruksiyası və iş prinsipi barədə bilik;
  • Yüksək gərginlikli avtomobil sistemləri ilə işləmə təcrübəsi;
  • Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı;
  • Kompüter diaqnostikası və servis avadanlıqlarından istifadə bacarığı;
  • Multimetr və digər ölçü cihazları ilə işləmək bacarığı;
  • Nasazlıqların səbəbini müəyyənləşdirmək və texniki həll yolu tapmaq bacarığı;
  • Texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Komandada işləmək bacarığı.

Üstünlük hesab olunur:

  • BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
  • Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi;
  • İstehsalçıya məxsus diaqnostika proqramları ilə işləmək bacarığı.

İş şəraiti

  • İş yeri “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
  • İş rejimi: 6 günlük iş qrafiki
  • İstirahət günü: Bazar günü
  • Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.

Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Elektrik sistemləri üzrə usta” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.

Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.

  • Daily4
  • Weekly592
  • Monthly842