BYD Motors Baku MMC BYD Motors Baku MMC

BYD Motors Baku MMC

Fotoqraf / Videoqraf, Reelsmaker

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Fotoqraf / Videoqraf, Reelsmaker

  • Deadline 2 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas öhdəliklər:

  • Layihələr üzrə reklam, təqdimat və sosial media üçün video çəkilişlərinin həyata keçirilməsi;
  • Promo, Reels, TikTok, Story, corporate və event formatlarında kreativ video kontentlərin hazırlanması;
  • Çəkilmiş materialların montaj olunması və sosial media platformalarına uyğun formatlanması;
  • Adobe Premiere Pro, After Effects və digər proqramlar vasitəsilə montaj, rəng korreksiyası və post-prodakşn işlərinin aparılması;
  • Videolar üzərində keçidlər, musiqi, titrlər, effektlər, color correction və səs uyğunlaşdırılması işlərinin icrası;
  • Çəkiliş ssenarilərinin hazırlanması və yaradıcı kontent ideyalarının təklif olunması;
  • Foto çəkilişlərin həyata keçirilməsi və materialların arxivləşdirilməsi;
  • Instagram, TikTok və YouTube platformaları üçün optimallaşdırılmış kontentlərin hazırlanması;
  • Marketinq və SMM komandası ilə birlikdə kontent planlamasında iştirak;
  • Viral və trend kontent formatlarının araşdırılması və tətbiqi;
  • Mövsümi kampaniyalar, tədbirlər və xüsusi layihələr üçün kontent hazırlanması;
  • Çəkiliş avadanlıqlarından texniki qaydalara uyğun istifadə olunması;

Tələb olunan bilik və bacarıqlar.

  • Adobe After Effects və digər montaj proqramları üzrə biliklər;
  • Professional video çəkilişi üzrə praktiki biliklər;
  • İşıqlandırma və audio istifadəsi üzrə biliklər;
  • Kadr quruluşu, kompozisiya və vizual estetika anlayışı;
  • Rəng korreksiyası və post-prodakşn üzrə biliklər;
  • Sosial media dinamikası və kontent trendləri üzrə biliklər;
  • Adobe Premiere Pro proqramında peşəkar səviyyədə işləmək bacarığı;
  • Reels, TikTok və YouTube Shorts formatlarında dinamik montaj bacarığı;
  • Storytelling və kreativ kontent hazırlamaq bacarığı;
  • Detallara diqqət və yaradıcı düşüncə;
  • Komanda ilə işləmək bacarığı;
  • Operativ işləmək və deadline-lara riayət etmək bacarığı;
  • Yeni texnologiya və trendlərə sürətli adaptasiya.

Kvalifikasiya tələbləri:

  • İş təcrübəsi: Video çəkiliş və montaj sahəsində minimum 2 il; (Restoran, hospitality, entertainment, retail və ya təhsil sahəsində təcrübə üstünlükdür)
  • Təhsil: Media, Kino/Video istehsalı, Dizayn, Marketinq və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür;

İş şəraiti

  • İş yeri: BYD Motors Baku MMC (Badamdar qəs.)
  • İş rejimi: 6 günlük iş qrafiki (şənbə günü qısa iş saatı)  
  • Əmək haqqı: 600-800 manat (Net) 

Uyğun olan namizədlər CV - lərini mövzu yerinə “Fotoqraf / Videoqraf, Reelsmaker” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV formasını email əlavə etməmiş namizədlərlə əlaqə saxılanılmayacaq.

  • Daily150
  • Weekly302
  • Monthly302