Tələblər:
- Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi);
- Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
- 1C mühasibat proqramında azı 3 il iş təcrübəsi;
- Peşəkar mühasib sertifikatı (arzuolunandır);
- MS Office proqramlarında (xüsusilə Excel, Word, Outlook) yüksək səviyyədə bacarıq;
- Vergi, Əmək və Mülki Məcəllə üzrə dərin biliklər;
- Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və maliyyə uçotunun aparılması;
- Kassa və bank əməliyyatlarının icrası, qaimə və vergi hesab-fakturalarının tərtibi, üzləşmə aktlarının hazırlanması;
- Debitor və kreditor hesablaşmaların idarə olunması;
- Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;
- Mal-materialların uçotu;
- İdxal və ixrac əməliyyatlarının uçotu, maya dəyərinin hesablanması;
- Aylıq xərc smetasının hazırlanması və nəzarəti;
- İnternet banking vasitəsilə ödənişlərin icrası və nəzarəti;
- Maliyyə hesabatlarının hazırlanması: Balans, Mənfəət/Zərər, Pul vəsaitlərinin hərəkəti;
İş şəraiti
- İş yeri: BYD Motors Baku MMC (Badamdar qəs.)
- İş rejimi: 5 günlük iş qrafiki
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun müəyyən ediləcək.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.