İş sahəsi: Çin istehsalı Plug-in Hibrid avtomobilləri
Vəzifə öhdəlikləri:
- Daxiliyanma mühərriklərinin diaqnostikası və texniki vəziyyətinin qiymətləndirilməsi;
- Mühərriklərin sökülməsi, yığılması, təmiri və texniki xidmətinin həyata keçirilməsi;
- Mühərrikdə yaranan mexaniki və texniki nasazlıqların müəyyən edilməsi;
- Mühərrikin yağlama, soyutma, yanacaq və digər əlaqəli sistemlərinin yoxlanılması;
- Mühərrik komponentlərinin texniki vəziyyətinin qiymətləndirilməsi;
- Zəruri ehtiyat hissələrinin müəyyənləşdirilməsi;
- Təmir işlərinin istehsalçı texniki standartlarına uyğun həyata keçirilməsi;
- Plug-in Hibrid avtomobillərində daxiliyanma mühərriki ilə elektrik ötürücü sisteminin qarşılıqlı iş prinsipinin nəzərə alınması.
Namizədə tələblər:
- Mühərrik təmiri sahəsində minimum 3 il rəsmi iş təcrübəsi;
- Müasir avtomobil mühərrikləri üzrə peşəkar bilik;
- Mühərrik diaqnostikası və təmiri üzrə praktiki təcrübə;
- Diaqnostika cihazlarından istifadə bacarığı;
- Mühərrikin əsas sistemləri üzrə geniş bilik;
- Texniki sənədlərlə işləmək bacarığı;
- Plug-in Hibrid avtomobillərinin iş prinsipi barədə bilik;
- Məsuliyyətli və səliqəli işləmək bacarığı;
- Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
- BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
- Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi.
İş şəraiti
- İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
- İş rejimi: 6 günlük iş qrafiki
- İstirahət günü: Bazar günü
- Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Mühərrik üzrə usta (motorist)” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.