İş barədə məlumat:
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi.
- Şirkət təchizat strategiyasına uyğun yeni təchizat mənbələrinin və tədarükçülərin araşdırılması və mövcud təchizatçı bazasın genişləndirilməsi.
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması).
- Satınalma sifarişlərinin vaxtında və düzgün icra olunmasını təmin etmək və təchizat prosesinin bütün mərhələlərini izləmək;
- Təchizatçılarla qiymət, keyfiyyət və çatdırılma müddətləri barədə danışıqlar aparmaq və uyğun seçim etmək;
- Təchiz edilən malların keyfiyyət və miqdara uyğunluğunu yoxlamaq, zəruri hallarda iddia işlərini həyata keçirmək;
- Satınalma sənədlərini və hesabatlarını dəqiq və tam tərtib etmək, uçot sistemində məlumatların düzgünlüyünü təmin etmək;
- Yeni təchizatçılarla əlaqələrin qurulması, müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi.
- Portfeldə olan bütün məhsul qrupları üzrə anbar ehtiyatlarının vəziyyətinin təqibinin aparılması, nəzarət edilməsi, tələbata uyğun sifarişlərinin hazıranması.
- Bazarın təhlili, tələb olunan malların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması, təhlilini təşkil etmək və uzunmüddətli əlaqələrin qurulması.
- Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq.
- Hesabat, təqdimat və s. hazırlanması.
Tələblər:
- Ali Təhsil
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Xarici satınalmalar və ehtiyyat hissələrlə iş təcrübəsi üstünlükdür
- Kompüter biliyi mükəmməl olmalı, Word, Excel, Outlookda sərbəst işləmək bacarığı olmalıdır;
- Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri yüksək səviyyədə)
- 1C proqram təminatı üzrə biliklər
- Komanda ilə işləmə
- Operativlik
- Məsuliyyətlilik
- Dəqiqlik
İş şəraiti
- İş yeri: BYD Motors Baku MMC (Badamdar qəs.)
- İş rejimi: 5 günlük iş qrafiki
- Əmək haqqı: Müsahibə nəticəsində müəyyən ediləcəkdir.
Uyğun olan namizədlər CV - lərini mövzu yerinə “Təchizatçı” yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV formasını email əlavə etməmiş namizədlərlə əlaqə saxılanılmayacaq.