Namizədə tələblər:
- Sahə üzrə peşə sertifikatının olması
- Ən azı 3 il sahə üzrə iş təcrübəsi
- Operativ, problemli hallarda dərhal qərarverəbilmə qabiliyyəti.
İş şəraiti:
- Əmək haqqı 1500
- 6 günlük iş rejimi
- Yemək şirkət tərəfindən;
Əsas vəzifələr:
- Dondurma istehsal edən avadanlıqların istismarını, yağlamasını və təmizlənməsini həyata keçirir.
- Xətdə və digər avadanlıqlarda nasazlıq baş verərsə və nəticədə iş prosesi pozularsa, dərhal həmin nasazlığı aradan qaldırmaq üçün tədbirlər görür, bu mümkün olmadıqda İstehsalat rəhbərinə dərhal məlumat verir.
- İstehsalat zəruriyyəti ilə əlaqədar lazimi hallarda zavod ərazisində və digər sexlərdə bacarıq səviyyəsinə uyğun işləri həyata keçiri.
- Növbə ərzində elektrik avadanlıqlarının fasiləsiz və yüksək keyfiyyətli işini təşkil edir, bunun ücün onlara düzgün xidmət olunmasını həyata keçirir.
- Növbə ərzində nəzarət-ölçü və avtomat cihazların göstəricilərini nəzarətdə saxlayır və onların düzgün işləməsini təmin edir.
- Növbə ərzində qəzaların qarşısını almaq üçün elektrik mühərriklərinin artıq yüklənmədən və qısa qapanmadan mühafizə sisteminin ehtibarlığını həyata keçirir.
İş yeri:
Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9 "Camal" LTD şirkəti.
Maraqlanan namizədlərdən mövzu sətrində “Elektrik mexanik” qeyd etməklə CV-ni mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.